Melanj - dəmir bankalarda 18 dərəcədən 25 dərəcəyə qədər dondurulmuş yumurta sarıları və ağlarının qarışığını təşkil edir. Melanjın donu bilavasitə istifadədən qabaq açılır və hazırlanmış melanj ələkdən süzülür (Şəkil 1.14). |
|
Yumurta tozu - yumurta ağlarının və sarılarının qarışığından və ya ayrı-ayrılıqda hazırlanır. Yumurta tozunun nəmliyi 9% təşkil edir. Yumurta tozu istifadədən əvvəl ələnir və sonra suda (10 qram yumurta tozuna 30 qram su götürülür) həll edilir (Şəkil 1.15). |
|
Qərzəkli meyvələrin ləpəsi - şirniyyat məmulatları, əsasən, Şərq şirniyyatı istehsalında qoz, fındıq, badam, püstə, yerfındığı və keyşu qozunun ləpəsi, eləcə də şirin çəyirdək ləpəsindən istifadə edilir (Şəkil 1.16). Qərzəkli meyvələrin tərkibində 30-70% yağ və 16,5%-ə qədər zülali maddə olduğundan yüksək qidalılığa malikdir. Qənnadı sənayesi üçün qiymətli və əvəzedilməz xammaldır.
|