Sektor modulu üzrə təlim materialı
7. Formasına və ölçüsünə görə dənəvər məhsullarının siniflərə ayrılması necə adlandırılır?
A) Çeşidləmə;
B) Yuma;
C) Kalibrləmə;
D) Xırdalama-kəsmə.
8. Ələmə prosesi nədir?
A) Çeşidinə, formasına və ölçüsünə görə dənəvər məhsullarının siniflərə ayrılması;
B) Dənəvər məhsullarının kənar qarışıqlardan ayrılması prosesi;
C) Formasına və ölçüsünə görə dənəvər məhsulların siniflərə ayrılması;
D) Ölçüsünə görə dənəvər məhsullarının siniflərə ayrılması.
2. Düzgün və ya səhv cavabları seçmək
Aşağıdakı cümlələrin əvvəlində göstərilən boşluqda düzgün (+) və ya
səhv (-) olduğunu işarə edin.
9. [ ] Qələvi üsulda kartof əvvəlcə suda 48 dərəcəyə qədər qızdırılır və 100 dərəcəyə kimi
qızdırılmış
qatı qələvi məhlulunda emal edilir; bu məhlul kartof yumrularının üst qatını yumşaldır.
10. [ ] Dezinfeksiya - infeksiya xəstəlikləri yayan, yeyinti məhsulları, habelə yaşayış mənzillərinə
ziyan vuran buğumayaqlılara (cücü və gənə) qarşı işlədilən mübarizə üsulu və vasitəsidir.
11. [ ] Mətbəx qablarının yuyulma yerində suyun temperaturu 65 dərəcədən az olmamalıdır.
12. [ ] Mətbəxdə tərəvəzlərin hazırlanması zamanı vitaminlərin qorunması məqsədi ilə onların qabığı
soyulmur və bilavasitə hazırlanmazdan əvvəl təmizlənmir.
3. Aşağıdakı cümlələri oxuyun və boşluqlara uyğun gələn sözləri daxil edin
13. Emal müəssisələrində bərk yeyinti məhsullarının (suxarı, duz, qənd, istiot və s.)
xırdalanmasında ............................... maşın və mexanizmlərdən geniş istifadə edilir.
14. Frityürda qızdırmada məhsul temperaturu ...................... dərəcəyə qədər frityür yağına
əlavə edilir, bu halda isə məhsul ilə yağın küləsi 1:4 nisbətində olmalıdır.