Qabları yumaq üçün vannalar paslanmayan poladdan hazırlanır. Alüminium və onun xəlitələri bu məqsəd üçün az yararlıdır, çünki yuyucu məhlullar ilə əlaqədə o, qaralır və qüsurlu olur (Şəkil 1.61).
Vannaların optimal ölçüsü - ümumi hündürlüyü 900 olmaqla 500x500x300 olmalıdır. Vannanın ölçüsünün böyük olmaması çirkli yuyucu məhlulu və suyu tez-tez dəyişməyə imkan verir.
Suyu buraxmaq üçün deşikdəki tıxacı (oymanı) vannanın dibi səviyyəsində edirlər ki, orada olan bütün suyu buraxmaq mümkün olsun. Suyu buraxmaq üçün deşik vannanın küncündə yerləşir, bu qabları yumaq və yaxalamağa maneçilik törətmir.
Əti doğramaq üçün stullar diametri 50 sm və hündürlüyü 80 sm ölçüdə bütöv ağac gövdədən hazırlanır (Şəkil 1.62). Onların əlverişli hərəkəti üçün və təmizləmək üçün rahatlıq məqsədilə üzərlərinə hündürlüyü 15-20 sm. olan metal ayaqlar düzəldirlər, əlverişli yumanı təmin etmək üçün isə xaricdən yağlı boya ilə rəngləyirlər.