Xəmiri hazırlamaq üçün hamar yonulmuş və yerinə möhkəm taxılan qapaqlı ağac stollardan istifadə olunur. Onlar möhkəm ağac növlərindən (palıd, fıstıq, göyrüş) hazırlanır (Şəkil 1.59).
İstehsalat vannaları – tərəvəzi, əti, balığı və digər məhsulları yumaq üçün istifadə olunur və paslanmaya davamlı materialdan hazırlanır (Şəkil 1.60). Gigiyenik cəhətdən ən yaxşı material paslanmayan polad hesab olunur. Həmçinin minalanmış, düralüminiumlu, alüminium təbəqəli vannalara da icazə verilə bilər.
Vannaların optimal ölçüsü aşağıdakı kimidir:
• uzunluğu 710- 1000 mm;
• eni 600-700 mm;
• dərinliyi 420-450 mm;
• döşəmədən hündürlüyü 900 mm.