Yuyucu və dezinfeksiyaedici vasitələrin tətbiqinə dair təlimatlar həmin vasitələrdən istifadə edən bütün əməkdaşların mütləq nəzərinə çatdırılmalıdır (aparılan işlərin konkret rejimi nəzərə alınmaqla). Bufet və yeməkxananın qablar yuyulan sahələri, eləcə də bütün yuma vannalarının yanında işçi məhlulların hazırlanma qaydaları və istifadə edilən yuyucu və dezinfeksiyaedici vasitələrin qatılığı göstərilməklə qabların yuyulması və ləvazimatların zərərsizləşdirilməsi rejimi üzrə təlimatlar divardan asılmalıdır. Yuyucu və dezinfeksiyaedici vasitələr quru və havası mütəmadi dəyişdirilən və uşaqların əliçatmayan yerlərdə saxlanılmalıdır. Məhlullar tünd rəngli şüşədən hazırlanmış və ağzı tıxacla bağlanmış qablarda saxlanılaraq rütubət və işıqdan qorunmalıdır.
Mətbəx qablarının yuyulması üçün daimi isti və soyuq su sistemi çəkilməli, eləcə də qarışdırıcı ilə təchiz olunmuş (tərkibi paslanmayan polad, alüminium və düralümin olan vannalar) ən azı 2 ədəd metal vannadan istifadə edilməlidir. Yuma yerində suyun temperaturu 65°C-dən az olmamalıdır. Texnoloji və təsərrüfat-məişət məqsədləri üçün istilik təchizatı sistemindən götürülən isti suyun istifadəsi qadağandır. Vannanın kanalizasiyaya qoşulan yerində axın qıfının yuxarı səthində 20 mm-dən çox olmayan hava aralığı qalmalıdır (Şəkil 1.51).
Vannaların optimal ölçüsü aşağıdakı kimidir: