- Taxta və bıçaqlar “ÇƏ” - çiy ət, “ÇT” - çiy toyuq, “ÇB” - çiy balıq, “ÇT” - çiy tərəvəz,
“BƏ”
- bişmiş ət, “BB” - bişmiş balıq, “BT” - bişmiş tərəvəz, “Ç” - çörək və “G” - göyərti kimi
nişanlanmalıdır;
- Hazır qida məhsullarının hazırlanması və saxlanılması üçün paslanmayan
poladqablardan istifadə edilməlidir. Alümin və düralümin qablardan yalnız qidanın
hazırlanması və qısa müddət saxlama üçün istifadə edilir. Kompotlar paslanmayan
polad avadanlıqlarda hazırlanır (Şəkil 1.46). Südün qaynadılması üçün başqa qab
ayrılır;
- Yemək və çay qabları dəstlərinin miqdarı yemək qəbulu zamanı qabların əlavə
yuyulması aparılmadan uşaqlara eyni vaxtda paylamanı tam təmin etməlidir.
Şəkil 1.46. Polad avadanlıqlarda hazırlanan kompot
Qida məhsullarının hazırlanması üçün əsasən, elektrik avadanlıqları (şirəçəkən, mikser və
sürtkü maşını) və elektrik plitələrindən istifadə olunur (Şəkil 1.47, Şəkil 1.48 və Şəkil 1.49).
Mətbəx mexaniki sorucu ventilyasiya sistemi ilə təchiz olunmalıdır (Şəkil 1.50).
Şəkil 1.47. Şirəçəkən
|
Şəkil 1.48. Mikser
|