Daha sonra, belə xəttin istifadəsi zamanı müəssisənin sanitar vəziyyəti və işçilərin əmək şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşır.
Qida məhsullarının və kulinar məmulatlarının emalı üçün istifadə olunan stolların işlədilməsinə Səhiyyə Nazirliyi tərəfindən bu məqsədlər üçün istifadəsinə icazə verilən örtük olmalıdır. Stolların örtüyü tikişsiz, küncləri dəyirmi, örtük səthi hamar olmalı və onlar stolun əsasına yatmalıdır.
Bu məqsədlə, sanitar cəhətdən uyğun gələn boru gövdəli, paslanmayan polad, yağlı boya ilə rənglənmiş bütöv-metallı stollardan istifadə daha sərfəlidir.
Yuxarıda deyilənlərdən belə çıxır ki, iaşə müəssisələrində sanitar qaydalara görə aşağıdakı qabların istifadəsinə icazə verilir:
Yeməkxana və çayxanada kənarı qırılmış və çatı olan qablardan istifadəyə icazə verilmir. İaşə müəssisələrində 3 dəstdən az olmayaraq xörək, çay qabları və yeməkxana alətlərinin ehtiyatı olmalıdır.
Mətbəx qabları – paslanmayan polad, çuğun (tava), alüminium və sinklənmiş dəmirdən (qaynatmaq və içməli suyu saxlamaq üçün çən, vedrə, quru dənəvər məhsulları aparmaq və saxlamaq üçün qablar).
Qab-qacaq və mətbəx avadanlığına qulluq o qədər də asan və arzuolunan iş deyil.
Mətbəxdə istifadə etdiyimiz qab-qacağın təmizliyindən qidanın dadı və bizim sağlamlığımız asılıdır. İstifadə edilmiş qab-qacağı dərhal yumaq lazımdır. Dibi yanmış qazan və tavaları yumamışdan xeyli əvvəl islatmaq lazımdır ki, rahat təmizlənsin (Şəkil 1.42).
Yuyulacaq qab-qacaq, adətən, növlərinə görə bölünür: çay dəsti, yemək dəsti, yemək alətləri və s.. Yuyulacaq qab-qacaq əvvəlcə qida qalıqlarından təmizlənir (Şəkil 1.43).
Südlü və yumurtalı qablar əvvəlcə soyuq, sonra isə isti suda yuyulur (Şəkil 1.44).
Yuyulmuş qab-qacaq suyu süzülsün deyə, xüsusi quruducu şkafa yerləşdirilir və ya təmiz mətbəx dəsmalı ilə qurulanır.