Son zamanlar plastik kütlədən hazırlanan qablar geniş yayılmışdır (Şəkil 1.41). Plastik kütlə və yaxud polimer materiallar süni materiallar qrupuna aid edilir və tərkiblərində əsas komponent kimi sintetik maddələr - polimerlər olur. Yeyinti təyinatlı qablar hazırlamaq üçün əsasən, poliolefinlər, polivinil xlorid, polistirollar, polikarbonatlar və aminoplastlardan istifadə olunur. Onlardan istifadəyə Səhiyyə Nazirliyi tərəfindən icazə verilir. Buraxılan qabların sonrakı keyfiyyətinə isə onu hazırlayan zavod məsuliyyət daşıyır. Yerlərdə dövlət nəzarətini sanitarepidemioloji xidmət orqanları həyata keçirir.
İaşə müəssisələrində qabyuyan maşınlardan istifadənin mühüm gigiyenik əhəmiyyəti vardır.
Qabların yuyulması - ən mühüm və çox zəhmət tələb edən proseslərdən biridir. Qabların yuyulmasının mexanikləşdirilməsi bir sıra əməliyyatların ardıcıllığından təşkil olunmuşdur:
Lazım olan vəziyyətdə qabların yüksək keyfiyyətli yuyulmasını xüsusi maşınlar təmin edir.
Hazırda müəssisələr üçün universal və ixtisaslaşmış qabyuyan maşınlar buraxılır. Bu maşınlar yeməkxana qablarının bir neçə növünü (stəkan, boşqab, yeməkxana alətləri) yumaq üçün istifadə edilir.
İxtisaslaşmış maşınlar bir növ qabları - stəkanları, yeməkxana qablarını, alətləri yumaq üçün istifadə edilir.
Gigiyenik tələbatlara ən çox cavab verən qabların yuyulması prosesini bütövlükdə mexanikləşdirmək üçün şöbənin olmasıdır. Burada qablar zaldan yuyucuya konveyerlə