Şəxsi gigiyena qaydaları və sanitar normalara riayət olunması üçün həm müəssisənin rəhbər heyəti,
həm də işçilərin üzərinə bəzi məsuliyyətlər düşür.
1. Müəssisənin rəhbəri təmin etməyə borcludur:
- Hər bir işçini sanitar geyimlə təmin etmək;
- Xadimələr üçün kifayət qədər invertar, yuyucu və dezinfeksiyaedici maddələrlə təmin etmək;
- Sistematik olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmasını təşkil
etmək;
- Sanitar təlimlərin həyata keçirilməsini təmin etmək;
- İşçilərin tibbi baxışdan keçirilməsini təmin etmək.
2. Müəssisədə işləyən işçi heyəti borcludur
- İşə səliqəli və təmiz geyimdə gəlmək lazımdır;
- İşə başlamazdan əvvəl yuyunmaq və təmiz sanitar geyimi geyinmək lazımdır;
- Sanitar geyimdə düymə olmamalıdır. Sanitar geyimin sancaq və iynə ilə bərkidilməsinə
qətiyyən yol verilmir;
- Sanitar geyimin ciblərində siqarət, sancaq, pul və s. saxlamaq olmaz. Zinyət əşyalarından
istifadə etmək olmaz. Geyim və ayaqqabılar bağlı olmalıdır;
- Əllər və üzlərin təmizliyinə riayət etmək lazımdır. Dırnaq boyası olmamalı və qısa
kəsilməlidir. Kişilərin üzü təmiz olmalıdır;
- İstehsalat sahələrində qida qəbul etmək və siqaret çəkmək qəti qadağandır;
- Əllər mütəmadi olaraq dezinfeksiyaedici maddələrlə təmizlənməlidir. Tualetdən istifadə
etdikdən sonra əllər mütləq şəkildə yuyulmalı və dezinfeksiya edilməlidir;
- Əlcəkdən istifadə edilən zaman əlcəklər təmiz olmaldır;
- İşlərin görülməsi zamanı xammal, yarımfabrikat, eləcə də hazır məhsula kənar maddələrin
düşməsinin qarşısı alınmalıdır;
- Mətbəxdə iş zamanı fərdi mühafizə vasitələrindən istifadə edilməlidir;
- İş zaman çarpaz yoluxmaya səbəb yaradılmamalıdır;
- İşlənilən sahənin təmiz saxlanmasına çalışmaq lazımdır.
İşçilər iş yerləri və ya digər yerlərdə əllərini yuyub dezinfeksiya etməlidirlər.
Qida istehsal edən mətbəxlərdə daxili sanitar qaydaları təmin etmək üçün iş sahəsində aşağıdakı
tələblər yerinə yetirilməlidir:
- Təmiz və sanitar qaydalara uyğun ayrı-ayrı bölümlərlə təmin olunmuş mətbəx sahəsinin
yaradılması;
- Təmiz su sisteminin təşkili;
- Mətbəx döşəməsində lazımi yerlərdə lazımi sayda kanalizasiya sisteminin təşkili;
- Pest controlun təşkili;
- İş sahələri, quru anbarlar və servis məkanlarında havalandırma sisteminin daima işlək
olmasına nəzarət edilməsi;
- İş sahələrin yetərincə aydınlandırılması təmin olunmalıdır;
- Yerlər asan yuyula bilən və dezinfeksiya edilə bilən olmalı, sürüşkən olmamalı və su
keçirməyən materialdan olmalıdır;