Qida istehsalı ilə məşğul olan mətbəx sahələrində işçi heyətinin şəxsi gigiyenası və sanitar
normalara uyğun iş sahəsinin təşkili üçün aşağıdakı işlər tətbiq olunmalıdır:
Dezinfeksiya - xəstəlik törədən mikroorqanizmləri sağlam orqanizmə yoluxduran
infeksiya mənbəyini məhv etmək üçün aparılan üsul və vasitələr (Şəkil 1.33);
Dezinseksiya - infeksiya xəstəlikləri yayan, yeyinti məhsuları, habelə yaşayış
mənzillərinə ziyan vuran buğumayaqlılara (cücü və gənə) qarşı işlədilən mübarizə üsulu
və vasitəsidir (Şəkil 1.34);
Pest control - problemli canlı orqanizmlərin - ziyanvericilərin mübarizəsinə
əsaslandırılmış fəaliyyət planı (Şəkil 1.35);
Deratizasiya - insanlara epidemiyoloji və iqtisadi ziyan verən gəmiricilərin məhv
edilməsidir (Şəkil 1.36).