Frityürda qızdırmada məhsul temperaturu 140-4800C-yə qədər frityür yağına tökülür, bu halda isə məhsul ilə yağın kütləsi 1:4 nisbətində olmalıdır. Bu nisbət azaldıldıqda yağın temperaturu kəskin azalaraq aşağı düşür və prosesin emal müddətinin artması, həm də hazır məhsulun keyfiyyətinin pis olmasına gətirib çıxarır.
Əsas və frityür üsulla qızartma prosesinin həyata keçirilməsi üçün xüsusi aparatlar təyin edilmişdir.
İşçi səthinin qızdırılma üsuluna görə tavalar bilavasitə və vasitəli üsulla qızdırılan aparatlara bölünür. Bilavasitə üsulla qızdırılan tavaların konstruksiyası oxşar olub işçi səthin formasına, ölçülərinə, həmçinin, qızdırıcı elementləri gücünə və tərtib olunmasına görə bir-birindən fərqlənir.
Suqaynadıcı və suqızdırıcı aparatlar Müəssisələrdə texnoloji və sanitar-texniki məqsədlər üçün 700C-dən aşağı olmayan, həmçinin, isti içkilərin hazırlanmasında 1000C-yə yaxın qaynadılmış sudan geniş istifadə edilir. Bununla bağlı qaynar suyun alınması üçün istifadə olunan aparatlar suqaynadıcılar və suqızıdırıcılara bölünür. Suqızıdırıcı aparatlarda su qaynama həddinə çatdırılmır, lakin suqaynadıcılarda əksinə olaraq su qaynama temperaturasına qədər qızıdırılır (Şəkil 1.30). |