Qida istehsalında məhsulun maşına verilməsi üçün həcmi dozatorlardan, əsasən, mexanizm kimi istifadə edilir.
Xammal və yarımfabrikatın formalaşdırılması üçün maşınlar - hal-hazırda qida istehsalının müxtəlif sahələrində xammalın formalaşdırılması üçün çoxlu miqdarda maşından istifadə edilir (Şəkil 1.23).
İaşə və ət müəssisələrində kotletin formalaşdırılması, çörəkbişirmə sənayesində xəmir yarımfabrikatının kündələnməsi və yayılması, qənnadı istehsalında peçenyelərin hazırlanması, rafinadlaşdırılmış şəkər istehsalında müəyyən formalı şəkər tikələrinin alınması texnologiyası və bu kimi emal müəssislərində tətbiq olunan maşınlarda məhsula edilən təsir xarakteri bir-birindən olduqca fərqlənir (Şəkil 1.24).