İş prosesində xəmirbölən maşının qıfında xəmirin daimi səviyyəsini təmin etməyə çalışmaq, eləcə də maşından çıxan xəmir tikələrinin kütləsinə nəzarət etmək lazımdır.
Xəmir tikələrini müxtəlif xəmirgirdələyən maşınlarda girdələyirlər: konusvarı, silindrik və ya yastı işçi səthə malik.
Qiyməqarışdıran maşınlar - maşını işə salınmamışdan qabaq qiyməqarışdıran mexanizmin boğazına yerləşdirilib möhkəm bərkidilir. Salat və vineqret qarışdıran MC25-200 tipli mexanizim intiqalın boğazına bərkidildikdən sonra 8 kq-dan çox olmamaqla ərzaq baka tökülür və intiqalın mühərriki işə salınır (Şəkil 1.20).
Çalma maşınları - emal müəssisələrinin qənnadı sexlərində tətbiq olunan çalma maşınlarından krem, yumurta ağı, qaymaq, kokteyl və müxtəlif növ xəmirlərin qarışdırılması üçün istifadə edilir (Şəkil 1.21).