Xəmirin yastılanması
Çörək xəmirinin periodik işləyən, diyircəkli xəmir qazanına malik xəmiryoğuran maşınlarda porsiyalarla hazırlanması zamanı xəmir məqsədəuyğun surətdə yastılanmaya məruz qoyulur.
Xəmirin yastılanması - qıcqırma dövründə xəmirin qısamüddətli qarışdırılmasıdır, bunun məqsədi - xəmirin struktur-mexaniki xassələrinin yaxşılaşdırılmasıdır (daha böyük həcmli, xırda, nazikdivarlı və bərabər məsaməli içliyə malik çörəyin alınması).
Çörək xəmiri adətən bir-iki dəfə yastılanmaya məruz qoyulur. Onların sayı və davametmə müddəti bir sıra amillərdən asılıdır:
Xəmirin tikələrə bölünməsi
Bu əməliyyat çörəyin verilmiş kütləsini təmin etməlidir. Yol verilə bilən kənaraçıxmalar ayrı-ayrı tikələrdə ± 1,5 %-dən artıq olmamalıdır. Bölünmə prosesi xəmirbölücü maşınlarda həcmi prinsiplə həyata keçirilir. Xəmirin müxtəlif üsullarla sıxılması (şnekli, vallı, pərli) zamanı onu tikələrə bölən qaytandan ayıran və xəmir tikələrini ştamplayan maşınlar mövcuddur.