Məhsuldarlıqdan asılı olaraq ətçəkən maşınlar 3 qrupa bölünür:
Məhsuldarlğı 10 kq/saat qədər olan məişət tipli;
• Məhsuldarlğı 10-500 kq/saat olan iaşə müəssisələri üçün;
• Məhsuldarlığı 500 kq/saatdan çox olan sənaye tipli ətçəkən maşınlar.
Ətdoğrayan maşınların istismar qaydaları - maşın işə salınmamışdan qabaq onun gövdəsi reduktorun qapağına möhkəm bağlanmalı və qayka axıra kimi sıxılmalıdır. Elektrik mühərrikini işə salandan sonra onun səs-küyü azca artana kimi qaykanı sıxmaq və əl ilə tikə-tikə doğranıb sümük və damarlardan ayırılmış əti taxta itələyicinin köməyi ilə boğazlığına doldurmaq lazımdır. Bu zaman əti şnekə sıxmaq olmaz, çünki bu, elektrik mühərrikinin artıq yüklənməsinə səbəb ola bilər. Ət maşına bir qaydada, qüvvə sərf edilmədən verilməlidir.
Ət maşınını boş işlətmək olmaz, çünki onda bıçaqların yeyilməsi sürətlənir.
Maşın uzun müddət işlədikdə onu vaxtaşırı dayandırıb bıçaq və torları damarlardan təmizləmək lazımdır. Qoruyucu halqası olmayan maşında işləmək olmaz.
İş sonlandırıldıqdan sonra maşın açılıb sökülür (sıxıcı qayka burulub açılır, şnek barmağının deşiyinə qoyulmuş qarmağın köməyi ilə şnek, torlar və bıçaqlar çıxarılır və gövdə götürülür). Ətçəkən maşının gövdəsi, şnek, bıçaqlar, torlar, halqa və sıxıcı qayka farş qırıntılarından təmizlənir, isti su ilə yuyulur və qurudulur. Torların deşiyinin təmizlənməsinə xüsusi fikir verilir. Qurudulduqdan sonra şnek, habelə bıçaq və torlar yeyinti yağı ilə yağlanır.
Ətyumşaldan maşınlar - ət tikəsinin üst hissəsi qovrulmamışdan əvvəl porsiyalarla kəsmək üçün istifadə edilir. Ət bu cür emal edildikdən sonra daha yumşaq olur, yaxşı qovrulur və qovrularkən deformasiyaya uğramır (Şəkil 1.18).