Bişmiş məhsulları xırdalayan maşınların istismar qaydası
İşə başlanmazdan əvvəl maşının emal kamerası və işçi üzləri qaynar su ilə yuyulur.
Xırdalama zonasına məhsul müntəzəm olaraq bərabər miqdarda verilməlidir.
Bəzən sürtgəc mexanizmlərində proses getdikcə pisləşir. Bu zaman, ilk növbədə, gözləri
tutulmuş ələk deşiklərini məhsul qalıqlarından təmizləmək lazımdır.
Kəsmə avadanlıqları (bişmiş məhsulları doğrayan maşınlar)
Emal müəssisələrində qida
materiallarının mexaniki emalında
məhsulların kəsmə üsulu ilə
xırdalanması ən çox geniş
yayılmış texnoloji proseslərdən
biridir.
Kəsmə prosesinə, əsasən,
meyvə-tərəvəzlər, ət, balıq, çörək,
qastranomiya məhsulları və s.
məruz qalır. Emal müəssisələrində
məhsulların növündən asılı olaraq
tətbiq olunan kəsmə
avadanlıqlarını tərəvəzdoğrayan,
ətdoğrayan, çörəkdoğrayan və
qastranomiya məhsullarını
doğrayan maşınlara bölmək olar.
Doğrama nəticəsində alınmış
məhsullar eyni forma və ölçülərdə
olmaqla bərabər kəsmə səthi
hamar və heç bir deformasiyaya
uğramamalıdır (Şəkil 1.13).
|
Şəkil 1.13. Bişmiş məhsulları xırdalayan maşın
|
Qida materiallarının kəsilməsi və bıçaqların konstruksiyası
Kəsmə - tiyənin köməyi ilə bıçağın materiala nüfuz etməsi nəticəsində onun verilmiş forma
və ölçülərinə görə mexaniki parçalanması prosesidir.
Qida materiallarının kəsilməsi üçün tətbiq olunan bıçaqların konstruktiv forması və hərəkəti
prosesinə məruz qalan məhsulun struktur-mexaniki xassələri, kəsilmə keyfiyyəti və doğranılma
formasından asılıdır.
Bıçaqların əsas formaları Şəkil 1.14 də verilmişdir. Qida istehsalı sahələrində tətbiq olunan
kəsmə maşınlarına xarakterik olan aşağıdakı tələblər qoyulur:
- Bıçağın konstruksiyası materialın kəsmə qalınlığının tənzimlənməsinə imkan verməlidir;
- Bıçaq kəsilmiş məhsul hissəsini əsas kütlədən qopartmaqla yox, kəsmə üsulu ilə elə
ayırmalıdır ki, məhsul deformasiyaya uğramasın və tərkibindəki qidalı maddələr itkiyə
getməsin;
- Bıçaq tiyənin uzunluğu boyunca bərabər səviyyədə yeyilməlidir və itilənməsi asan
olmalıdır;
- Məhsulun kəsmə zonasına verilməsi və doğranılmış hissələrin zonadan xaric