• Yeyinti məhsullarının doğranılması üsulu ilə xırdalama maşınları
Üyütmə maşınları - emal müəssisələrində bərk yeyinti məhsullarının (suxarı, duz, qənd, istiot və s.) xırdalanmasında üyütmə maşınları və mexanizmlərindən geniş istifadə edilir (Şəkil 1.11). İşçi üzvlər konstruktiv quruluşundan asılı olaraq konuslu, diskli və vərdənəli üyütmə maşınlarına bölünür. |
|
Bişmiş qida məhsullarını xırdalayan maşınlar Bişmiş məhsulların xırdalanması üçün tətbiq olunan maşınlar məhsula təsir üsulundan asılı olaraq 3 qrupa bölünür - birinci qrupa daxil olunan maşınlarda məhsul sürüşmə ilə birgə yüksək tezlikli rəqslərin hesabına xırdalanır; ikinci qrup maşınlarda isə məhsul ələyin tiyəsi ilə kəsili və onun deşiklərindən keçərək əzilir; üçüncü qrup maşınlarda məhsul sürətli fırlanan kürəklərlə əzilir və qarışdırılır (Şəkil 1.12): Birinci qrup maşınlar bişmiş məhsulların nazik xırdalanması üçün təyin edilmişdir. Alınmış məhsuldan, əsasən, uşaq və pəhriz iaşəsində istifadə edilir; |
İkinci qrup maşınlar bişmiş müxtəlif yeyinti məhsullarından püre hazırlanmasında tətbiq edilir;
Üçüncü qrup maşınlardan isə bilavasitə qazanlarda kartof püresinin hazırlanması üçün istifadə edilir.