Xırdalama avadanlıqları
Qida istehsalının müxtəlif sahələri, o cümlədən, ticarət və iaşə müəssisələrində məhsulun ilk ölçülərinin qarşıya qoyduğu texnoloji tələblərdən asılı olaraq verilmiş ölçülərə qədər kiçildilməsinə xırdalama avadanlıqlarından geniş istifadə edilir.
Tətbiq olunan qüvvənin xarakterindən asılı olaraq məhsulların xırdalanması zərbə, sıxma, sürtünmə, əymə və bu kimi müxtəlif üsullarla həyata keçirilir (Şəkil 1.10). Praktiki olaraq ən çox müxtəlif kombinəedilmiş təsir üsullarından (məsələn, sıxma-zərbə, zərbə-sürtünmə və s.) istifadə edilir.
Təsir xarakterindən asılı olaraq emal müəssisələrində xırdalama maşınları 3 əsas qrupa bölünür:
• Bərk yeyinti məhsullarının xırdalanması üçün maşınlar;
• Yumşaq yeyinti məhsullarının xırdalanmsı üçün maşınlar;