Dənəvər məhsullarının ələnməsi üçün ilk növbədə, məhsulun ələk səthi üzrə hərəkəti vacibdir. Bunun üçün əsas şərtlərdən biri ələklərin hərəkətə gətirilməsidir.
Müstəvi ələkli maşınlarda dənəvər məhsulların kütləsini hərəkətə gətirmək üçün ələklər irəli və geri, dairəvi-irəli və yırğalanma (rəqsi) hərəkəti edir. İkinci qrup maşınlarda isə ələklər öz oxu ətrafında fırlanma hərəkəti edir.
Təmizləmə avadanlıqlarının təyinatı və təsnifatı
Təmizləmə avadanlıqları məhsulun qidalılıq dəyəri aşağı olan üst səth qatının (meyvətərəvəzlərin qabığı, balığın pulcuqları və s.) təmizlənməsi üçün təyin edilmişdir.
Texnoloji təyinatından asılı olaraq təmizləmə avadanlıqları, əsasən, iki qrupa bölünür:
• Kökümeyvələri qabıqdan təmizləyən;
• Balığın pulcuqlarını təmizləyən avadanlıqlar.
Qeyd edək ki, emal müəssisələrində kökümeyvəlilərin qabıqdan təmizlənməsinə, əsasən, kartof məruz qaldığından qısaca olaraq bu qrup maşınlar kartoftəmizləyən maşınlar adlandırılır (Şəkil 1.7).