Qabların yuyulması bilavasitə proqramlaşdırılmış mexanizmin köməyi ilə həyata keçirilir və yuma prosesinə maşının “işəsalma” düyməsinin basılması ilə proqram mexanizminin hərəkət etməsi zamanı başlanır. Bu zaman idarəetmə lövhəsində yaşıl siqnal lampasının yanması ilə işçi tsiklin başlanması haqqında məlumat verəcəkdir (Şəkil 1.3).
Fasiləsiz işləyən qabyuyan maşınlar
Böyük tipli müəssisələrdə yeməkxana qablarının yuyulması çox zəhmət tələb edən proseslərdən biri olduğundan fasiləsiz işləyən qabyuyan maşınlar geniş tətbiq edilir.
Yuyucu vannada suyun temperaturu 500C, yaxalayıcı vannada 650C, suqızdırıcıda isə 950C-yə çatanda maşının istilik elektrik qızdırıcıları açılacaq və yaşıl işıqlar sönəcəkdir, bu isə maşının işə hazır olduğunu bildirir (Şəkil 1.4).
Bitki xammalı məhsullarının yuyulması üçün maşınlar
Emal müəssisələrinə daxil olunan bitki xammalı məhsulları mexaniki isti emal proseslərində əvvəlcə çirklənmiş səthlərdən təmiz yuyulmalıdır. Həmin müəssisələrdə bitki