Avtomatlaşdırılmış texnoloji maşınlarda istər əsas, istərsə də köməkçi əməliyyatlar maşınla həyata keçirilir.
Funksional təyinatından asılı olaraq mətbəxdə istifadə olunan texnoloji avadanlıqları aşağıdakı qruplara bölmək olar:
Texnoloji maşınların məhsuldarlığı və gücü
Texnoloji maşınların məhsuldarlığı dedikdə vahid zamanda bu və ya digər miqdarda məhsulun emal edilmə qabiliyyəti başa düşülür və maşının işini xarakterizə edən əsas göstəricilərdən biridir. Texnoloji maşınların məhsuldarlığını təyin etdikdə adətən üç məhsuldarlıq anlayışından istifadə edilir: nəzəri, texniki və istismar. Praktiki olaraq nəzəri və texniki (həqiqi, faktiki) məhsuldarlıqlar daha əhəmiyyət kəsb edir.
Nəzəri məhsuldarlıq - maşın stasionar rejimdə fasiləsiz olaraq işlədikdə vahid zamanda buraxılan (emal olunan) məhsulun miqdarıdır.
Texniki məhsuldarlıq - istismar şəraitində maşının iş müddətində buraxdığı (emal etdiyi) məhsulun orta miqdarıdır.
Istismar məhsuldarlığı - istismar şəraitində maşının iş vaxtının bütün itgilərini nəzərə alan göstəricidir və nəzəri məhsuldarlıq arasında aşağıdakı kimi asılılıq vardır: