Onları uzun müddət saxlamaq olur. Marsipan badam və ya yerfındığından hazırlana bilər. Qozlu meyvələr istifadə olunmazdan əvvəl elə qurudulur ki, rəngi tündləşməsin. Hazır marsipan plastilini xatırladan zərif ağ rəngli kütlə şəklindədir. Marsipan plastikliyini tez itirməsin deyə patka ilə hazırlanır. Marsipan iki üsulla hazırlana bilər: çiy xammal və dəmləmə ilə.
Çiy xammalla marsipan
Badam - 351; şəkər kirşanı - 586; patka - 23; konyak və ya desert çaxırı - 93; boyaq - 4,5. çaxır 1000 qram.
Təmizlənib qurudulmuş badam ətçəkən maşından keçirilir. Sonra üzərinə şəkər kirşanı və patka əlavə edilib 2-3 dəfə (hər dəfə torların ölçüsü azaldılır) ətçəkən maşından keçirilir. Hazır marsipana konyak və ya çaxır və qida boyağı əlavə edilir. Marsipan suvaşqanlı və ağ rəngdə olmalıdır. Əgər çox qatı alınıbsa, ona patka və ya soyuq qaynadılmış su, duru alınıbsa, şəkər kirşanı əlavə edilib qarışdırılır.
Dəmlənmiş marsipan
Badam - 351; şəkər tozu - 228; şəkər kirşanı - 358; patka - 23; konyak və ya çaxır - 93; boyaq - 4,5; su - 57 . Çıxar 1000 qram.
Şəkərli mastikadan bəzəklərin hazırlanması Mastikanın hazırlanması Şəkərli mastikadan yapma və ya yayılma üsulu ilə müxtəlif formalı fiqurların hazırlanması üçün istifadə edilir və ya o, layların arasına yerləşdirilib bıçaqla müxtəlif şəkildə doğranılır (Şəkil 4.53). Məmulatın bəzədilməsi üçün iki üsulla hazırlanan mastikalardan istifadə edilir: çiy xammal və dəmlənmiş mastikalardan. |
Çiy xammaldan şəkərli mastika
Şəkər kirşanı - 945; jelatin - 10; su - 50. çıxar 1000 qram.
Jelatin yuyulur, üzərinə 25 dərəcə temperaturda su tökülüb 1-2 san. müddətində şişmək üçün saxlanılır, sonra isə 60 dərəcəyə qədər tam həll olunan kimi qarışdırılaraq isidilir. Jelatin həll olunduqdan sonra üzərinə şəkər kirşanı əlavə edilib 20-25 dəqiqə müddətində qarışdırılır. Lazım gələrsə, bu anda boyaq üçün rəng qatıla bilər. Dadının yaxşı olması, ağ rəngin alınması və tez quruması üçün şəkər kirşanının 0,3%-i qədər limon turşusu qatmaq olar.
Dəmlənmiş şəkərli mastika
Şəkər kirşanı - 775; patka - 83; qarğıdalı nişastası - 101; su - 202. çıxar 1000 qram.
Suyun bir hissəsi nişasta ilə, qalan hissəsi isə patka ilə qarışdırılır. Qaynara çatdırılıb qarışdırılaraq üzərinə nazik axınla nişastalı su əlavə edilir. Topalar yaranmasın deyə ehmallıca qarışdırılaraq dəmlənir. Sonra üzərinə şəkər kirşanı səpilib plastilini xatırladan eyniadlı kütlə alınana qədər qarışdırılır. Dəmlənmiş şəkərli mastika daha plastikdir, lakin tədricən quruduğu üçün ondan əvvəlcə qurudulub bəzək üçün istifadə edilir.