Qar adamı Qar adamını bəzəmək üçün ağ rəngli beze və narıncı, sarı, yaşıl və qırmızı rəngli şirə hazırlanır və ayrı-ayrı kisələrə qoyulur. İşin əvvəlində kisənin ucu qayçı ilə kəsilir (Şəkil 4.49). |
||
Perqament və ya yağlanmış kağızın üzərinə üç cür kürəciklər sıxılır: böyük və orta ölçülü - bədən üçün, kiçik ölçülü - baş üçün (Şəkil 4.50). |
||
Beze sobada 90-1000C temperaturda 2 saat ərzində qurudulur. İki bədən hissəsi və başı ağ şirə ilə yapışdırılıb qurumağa qoyulur. Kornetik başın kənar hissəsindən başlanaraq spiral formasında aparılır və mərkəzdə bitirilərək papaq çəkilir. Gözləri mavi şirə ilə çəkilir, burun üçün narıncı şirədən yerkökü düzəldilir və ağzı qırmızı şirə ilə çəkilir.
Marsipan və mastikadan bəzəklərin hazırlanması Marsipanın hazırlanması Marsipan - fiqur şəkilli müxtəlif bəzəklərin yapma üsulu ilə və ya layların yayılıb kəsilməsi yolu ilə hazırlanır (Şəkil 4.52). |