GoogleDuo Google tərəfindən sürətli və etibarlı hazırlanmış video və səsli zəng tətbiqidir. GoogleDuo proqramının istifadəsi pulsuzdur və bütün telefonlarda işləyir. Tətbiq bu yaxınlarda qrup zəng imkanlarını 12-yə çatdırdı. GoogleDuo son şifrələmə xüsusiyyətinə malikdir, buna görə zəngləriniz təhlükəsizdir. GoogleDuo zəng edilməzdən əvvəl Wi-Fi-ya qoşulmağı tövsiyə edir (Şəkil 1.14).
Onlayn ünsiyyət proqramlarından istifadə
Skype (azərb. Skayp) - Estoniyada yaranan səsli və görüntülü danışmağa imkan verən kompüter proqramıdır. Skype istifadəçiləri bir-biriləri ilə səsli, görüntülü və mətn danışıqlarına görə heç bir ödəniş etmirlər. Amma Skype-dan mobil və stansionar telefonlara zəng etmək ödənişlidir. Bu proqramın köməyi ilə demək olar ki, dünyanın əksər telefon operatorlarına zəng etmək olar (Şəkil1.15).
Zoom (ing.Zoom; tələffüzü - "Zum" ) - uzaqdan əlaqə üçün proqramdır. Proqramdan bir dərs və bu və ya digər vacib işlərin uzaqdan həyata keçirilməsi vacib olduqa işlədilir. Proqrama 1 nəfərdən 1.000 nəfərə qədər insan qoşula bilər (Şəkil 1.16).
Google Meet - Google tərəfindən təklif olunan video konfrans xidmətidir. Tələbələr və müəllimlər üçün audio və video görüşlərdə istifadə olunan tətbiqdir. GoogleMeet-in tətbiqi pulsuzdur. GoogleMeet-dən bütün növ telefonlar və planşetlər üçün istifadə oluna bilir. Google Meet-in tətbiqinin ən yaxşı cəhəti hər hansı bir proqramın yüklənməsinə ehtiyacın olmamasıdır. Sadəcə vebbrauzerdən istifadə etməklə zəngə qoğulmaq olar (Şəkil 1.17).