İnternetin Qeydiyyat Yazıları (Internet Accounts) pəncərəsində yeni qeydiyyat yazısını görürsünüz. Çox vaxt məktublara müxtəlif fayllar əlavə edilir. Bu fayllar müxtəlif proqramlar vasitəsilə yaradılmış və müxtəlif formatlarda ola bilər. Outlook proqramı alınmış məktuba fayl əlavə edilməsini məktubun yanında yerləşən sancaq işarəsi vasitəsi ilə göstərir. Göndərdiyiniz məktuba fayl əlavə etmək üçün məktubun mətni yerləşdirilən pəncərədə menyunun Yerləşdirmə (Insert) bəndinin Əlavə fayl (File Attachment) əmrini seçin (Şəkil 1.6).
Açılan dialoq pəncərəsində elektron məktuba əlavə edilməli faylı seçin. Məsələn, Presentation faylını seçilmiş faylın üzərində mausun düyməsini iki dəfə basın. Seçilmiş faylın adı Əlavə (Attach) sahəsinə yazılır. Fikir verin ki, faylın adı ilə yanaşı, eyni zamanda onun ölçüsüdə yazılır. Faylı daha asan yolla əlavə etmək olar. Alətlər lövhəsindəki "Əlavə" (Attach) düyməsini basın. Sizə artıq tanış olan fayllar pəncərəsi açılır. Bu pəncərədən çıxmaq üçün Təkzib (Cancel) düyməsini basın.
Mətn yazıldıqdan və ünvan və məzmunu göstərildikdən sonra məktubu göndərmək olar. Gördüyünüz kimi, elektron imza avtomatik olaraq məktubun sonunda yazılır (Şəkil 1.7).