yazı üçün yetərli olan çoxlu sayda kiçik boş hissə olduğundan yazılış baş tutur. Bu halda fayl bir neçə
fraqment şəklində yazılır. Kompüterdə müəyyən zaman işlədikdən sonra bir çox fayl bütün diskə "səpələnmiş"
olur. Bu hal
fraqmentlәmә, yaxud
parçalama adlandırılır. Belə hissələrə bölünmüş fayllara müraciət etdikdə
onun hissələrinin “bir yerə toplanması” müəyyən vaxt aparır ki, bu da kompüterin işini ləngidir.
Fraqmentləmə kompüterin operativ yaddaşında da ola bilər; bu, yaddaşın bölüşdürülməsi və boşaldılmasından
sonra baş verir (Şəkil 5.2).
Şəkil 5.2. Diskin fraqmenlənməsi
Fraqmentləməni aradan qaldırmaq, yəni diski bütünlәşdirmәk (defraqmentlәmәk) üçün xüsusi utilitlər
vardır. Defraqmentləmə zamanı hissələri diskə səpələnmiş fayllar optimal şəkildə yeni yerlərə
yazılır.
Windows-da diski defraqmentasiya etmək üçün Disk Defragmenter proqramından istifadə olunur.
Sәrt diskin bütünlәşdirilmәsi (defraqmentlәmәsi) (Şəkil 5.3)
Başla (Start) menyusunu açın.
- Bütün proqramlar (All Programs) bəndini seçib aksesuarlar (Accessories) qovluğuna keçin.
- Sistem alətləri (System Tools) qovluğunu açın və diskin bütünləşdirilməsi (Disk Defragmenter)
bəndini seçin. Uyğun dialoq pəncərəsi açılacaq.
- Lazım olan diski seçin və diski analiz edin (Analyze disk) düyməsini klikləyin. Diskin təhlilinə
başlanılacaq. Bu proses müəyyən zaman tələb etdiyindən onun bitməyini gözləyin.
- Əgər proqram defraqmentləməni yerinə yetirməyi "məsləhət görürsə", diski bütünləşdir (Defragment
disk) düyməsini klikləyin.