Bəzən mexaniki zədələr və ya başqa səbəblərdən sərt diskin hansısa sektorları korlanır. Belə sektorlara pis sektorlar (bad sectors) deyilir və əməliyyat sistemi verilənləri saxlamaq üçün həmin sektorlardan istifadə edə bilmir. Əgər diskdəki faylın hansısa hissəsi belə sektorlarda yerləşdirilmiş olarsa, əməliyyat sistemi onu oxuya bilmir və xəta haqqında bildiriş verir (File system error). Windows əməliyyat sisteminin tərkibində olan ScanDisk proqramı belə xətaları düzəltməyə imkan verir.
Diskdәki xәtaların yoxlanması
1. İş masasındakı kompüter simvolunu iki dəfə klikləyin.
2. Siçanın sağ düyməsini C diskinin (və ya başqa diskin) simvolunun üzərində klikləyin.
3. Açılan kontekst menyusundan xüsusiyyətlər (Properties) komandasını seçin.
4. Alətlər (Tools) səhifəsinə keçin və yoxlayın (Check now) düyməsini klikləyin.
Kompüterin sərt diskində milyardlarla sektor olur, ona görə də əməliyyat sistemi ayrı-ayrı sektorlarla deyil, onların qrupu ilə işləyir. Sektorlar qrupu klaster adlandırılır və onun ölçüsü sərt diskin ölçüsünə görə müəyyən olunur (adətən, 4 Kb olur).
Fayllar çox zaman birdən çox sayda klasterə yerləşdirilir. Faylın sərt diskdə saxlanması əməliyyatı belə baş verir: əməliyyat sistemi faylın bir hissəsini bir boş klasterdə, ikinci hissəsini başqa bir boş klasterdə saxlayır və s.. Yazılış yetərincə boş yeri olan diskdə aparılırsa, onda bir fayla aid olan klasterlər ardıcıl gəlir. Əgər disk bir qədər dolmuşsa, onun faylı yerləşdirmək üçün bütöv sahəsi (ardıcıl klasterləri) olmaya bilər. Ancaq buna baxmayaraq, diskdə ümumi sahəsi