Proqram resurslarının antiviruslarla təmizlənməsi
Viruslar müxtəlif vasitələrlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edən, verilənlərin korlanmasına (dəyişdirilməsi və ya silinməsinə) gətirib çıxaran və ya istifadəçinin işinə mane olan və digər proqramlarda gizlənmiş kiçikhəcmli proqramlardır. Virus başqa disketlər, e-mail və ya digər internet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazım olmayan və tanımadığınız məktub və resurslardan maksimum dərəcədə məhdudiyyətlə istifadə etməyiniz məsləhətdir. Viruslar 3 məqsədlə yaradılır: intiqam, kommersiya və özünütəsdiq. Virusun aşkar edilməməsi üçün o çox kiçik həcmə malik olmalıdır. Odur ki, virus proqramları çox zaman Asembler proqram dilində yazılır.
Virusları aşkar və ləğv etmək üçün antivirus proqramlarından istifadə edilir. Antivirus proqramları funksiyalarından asılı olaraq aşağıdakı tiplərə bölünür:
Revizor proqramlar – sistemin ilkin vəziyyəti ilə yükləmədən sonrakı vəziyyəti müqayisə edilir. Faylların kontrol cəmi yoxlanılır.
Avadanlığa profilaktik xidmətin göstərilməsi
Kompüterinizi virus infeksiyasına məruz qoymamaq və məlumatların disklərdə etibarlı saxlanmasını təmin etmək üçün aşağıdakı qaydalara riayət etməlisiniz:
Kompüterinizi müasir antivirus proqramları ilə təchiz edin, məsələn, Aidstest, Doctor Web və onların versiyalarını daim yeniləyin.
Digər kompüterlərdə qeydə alınmış məlumatları disketlərdən oxumadan əvvəl həmişə kompüterinizdə antivirus proqramlarını işə salmaqla bu disketlərdə virus olub-olmadığını yoxlayın.
Sıxılmış faylları kompüterinizə köçürərkən sabit diskdə açdıqdan dərhal sonra yoxlayın və tarama sahəsini yalnız yeni yazılmış fayllarla məhdudlaşdırın.
Viruslar kompüterə aşağıdakı yollarla keçir: