Yeni (Создать - New) - Ctrl+N – əmr yeni bazanın müvafiq şablonlar əsasında yaradılmasını təmin edir. Əmr yerinə yetirildikdə açılmış dialoq pəncərəsində şablonların siyahısı əks olunur. Bu şablonlardan birini seçib pəncərədə olan yaratmaq (создать) düyməsini sıxmaq lazımdır.
Çap (Печать - Print) - Ctrl+P. Əmr cari cədvəli bir və ya bir neçə nüsxədə konkret səhifələrinin çap olunması, kompüterə qoşulmuş müvafiq çap qurğusunun seçilməsi və çapdan əvvəl baxışı təmin edir.
Yadda saxla və nəşr et (Сохранить и опубликовать - Save and Publish). Əmr cari bazanı müxtəlif formatlarda -Web-səhifə, SharePoint proqramı və PDF/XPS formatında saxlanılmaqla və URL ünvanları göstərilməklə saytlarda saxlamağı təmin edir.
Arayış (Справка - Help) - F1 - əmr proqram haqqında mövzulara və terminlərə görə proqramla işləmə qaydası haqqında məlumatı əldə etmək üçün əmrlər toplusunu özündə saxlayır.
Parametrlər (Параметры - Options ) - əmr Access proqramının bəzi parametrlərini təyin etməyə imkan verir. Əmr yerinə yetirildikdə yeni pəncərə açılır və bu pəncərədə ümumi, düsturlar, orfoqrafik səhvlərin yoxlanması, avtomatik yadda saxlama, dil, lentanın yenilənməsi, cəld keçid paneli, rəng sxemləri (ağ, qara) və bu kimi parametrlərin dəyişdirilməsi əmrləri əks olunur.
Çıxış (Выход - Exit) - Alt+F4. Əmr proqram pəncərəsini bağlayır.
Rejim (Режим - View) - əmr konstruktor və cədvəl rejimlərində cədvəllərin yaradılması əməliyyatını yerinə yetirir.
Daxil etmək (Вставить - Paste) - Ctrl+V (Shift+İns) əmr mübadilə buferində saxlanan obyekti sənədə kursorun durduğu mövqedən daxil edir. Burada format dəyişdirilməklə -xüsusi daxiletmə və susmaya görə əmrlər vardır.
Kəsmək (Вырезать - Cut) - Ctrl+X (Shift+del) - əmr qeyd edilmiş fraqment və obyekti kəsib mübadilə buferində saxlayır. Mübadilə buferində saxlanılan informasiyanı cari sənəd və digər Windows əlavələrinə daxil etmək olar.
Köçürmək (Копировать - Copy) - Ctrl+C (Ctrl+İns) - əmr qeyd edilmiş fraqment və obyektin surətini mübadilə buferinə köçürür.
Xarici verilənlər (Внешние данные - External data) bölməsi (Şəki 4.13).
Bu bölmə digər proqramlardan verilənlərin bazaya idxalı və cari bazadan verilənlərin müxtəlif proqramlara ixracı məsələlərinin həllini yerinə yetirən alət və vasitələrdən ibarətdir.