Verilənlər bazasını necə saxlamaq (Сохранить базу данных как - Data Base Save As) əmri verilənlər bazasını yeni adla yeni ünvanda saxlayır.
Açmaq (Открыть - Open) - Ctrl+O. Əmr mövcud bazanı informasiya daşıyıcılarından redaktə, baxış, çap və s. üçün ekrana çağırır.
Bağla VB (Закрыт БД - Close Db) - Ctrl+F4 - əmr cari baza pəncərəsini bağlayır.
Xassə (Свойства - Properties). Əmr yerinə yetirildikdə yeni dialoq pəncərəsi açılır. Buradan lent və cəld müraciət paneli üzərində dəyişikliklər etmək, həmçinin, dilləri dəyişdirmək, orfoqrafiyanı yoxlamaq, cədvəlin parametrlərini dəyişdirmək və s. mümkündür (Şəkil 4.10).
Məlumatlar (Сведения - İnfo) - əmr yerinə yetirildikdə yeni dialoq pəncərəsi açılır. Burada Kiçik və bərpa (Сжать и восстановить - Compact&Repair), Şifrə ilə şifrələmə (Зашифровать паролем - Encrypt With Password), Məlumat bazası xüsusiyyətləri və redaktə edilməsi (Просмотр и изменение свойства - View and edit database properties) əmrləri əks olunur.
Bu əmrlərin köməyi ilə sənədə müdafiə (пароль) qoymaq, sənədin əvvəki versiyaları ilə birgəliyini yoxlamaq, həmçinin, sənədin xassələrinə baxmaq və dəyişdirmək mümkündür. Əmr baza haqqında məlumatlarla tanış olmaq və əlavə məlumatlar daxil etməyə imkan verir.
Sonuncular (Последние - Recent) - əmr son açılmış bazaların adları və onların sayını əks etdirir (Şəkil 4.11).