İnformasiya resursları
İnsanların müxtəlif ehtiyaclarının ödənməsinə xidmət edən hər şey resurs adlandırılır. İnformasiya resursları insanların yaratdıqları və maddi daşıyıcılarda saxladıqları biliklərdir. İnformasiya resursları - elektron hesablama maşınlarında (EHM) xüsusi təşkil və emal edilmiş, istehsalat, texnika və cəmiyyətin idarəçiliyində istifadə olunan informasiyadır. Başqa sözlə, informasiya texnologiyaları vasitəsilə yaradılan və emal edilən informasiyadır. Dərslərimizi hazırlayarkən dərsliklərimiz, kitabxanalardakı əlavə ədəbiyyat, internet və bu kimi informasiya resurslarından istifadə edirik. Müasir cəmiyyətdə son vaxtlar informasiya resurslarının əksəriyyəti elektron daşıyıcılar və internetdə yerləşdirilir. İnternetin köməyi ilə hər kəs istənilən mövzuda informasiyanı çox asanca əldə edə bilər. İnformasiya resurslarını toplayıb gələcək nəsillərə ötürmək üçün kitablar, optik disklər, fləş yaddaş, video lentlər, audio lentlər, internet və sairədən istifadə olunur. İnformasiya resursları bu mövzular üzrə qruplaşdırıla bilər: təhsil resursları, qanunlar, statistik resurslar və s..
Riyazi informasiya rəqəmlər və düsturlarla əlaqədar istənilən informasiyadır. Belə informasiya xalis riyazi deyil, fiziki və statistik informasiya da ola bilər. Riyazi informasiyanı müxtəlif sayğac və aparatların köməkliyi ilə emal edib yazılı şəkildə kağız və ya kitabda saxlamaq olar.
Mətn informasiyasını əllə, çap makinası və yaxud mətbəə şəraitində kağıza köçürərək (əlyazması, sənəd, kitab, qəzet və s.) saxlamaq mümkündür.
Qrafiki informasiyanı müxtəlif təsviredici vasitə və üsullarla emal edib rəsm, şəkil, heykəl, fotoşəkil və s. formasında saxlamaq olar.
Səs informasiyasını səsyazan qurğuların köməyi ilə toplayıb emal etmək mümkündür. Emal edilmiş informasiya maqnit lenti, plastinka, kompakt disk və s. səs saxlayıcı qurğularda saxlanılır.
Video informasiyanı kino və videotexnika vasitəsi ilə emal edib kinolent və videolentlərdə saxlamaq olar.
İşlənmiş məlumatların təhlükəsiz saxlanması
Adi halda informasiyanın emalı insan tərəfindən, avtomatlaşdırılmış halda isə kompüterlər