Sistem formatlanması daimi əməliyyat sisteminin yüklənməsindən ibarətdir.
Məlumat oxumaq və yazmaq üçün istifadə olunan hər bir xarici yaddaş qurğusu ən azı bir dəfə formatlaşdırılmalıdır. Formatlama elektron yaddaş daşıyıcılarının məlumat saxlama sahəsini işarələmək və onlara daxil olmaq üçün bir fayl sisteminin quruluş prosedurudur.
Yaddaş qurğuları necə formatlanır?
Windows ƏS-də mənim kompüterim (мой компьютер) elementinə daxil olun. Burada görünən SD kart və ya USB yaddaş qurğusunun üzərində siçanın sağ düyməsini vurun və formatlama bölməsini seçin (Şəkil 3.5).
Bu əmrdən sonra açılan pəncərədən başlat (начать) düyməsini vurun (Şəkil 3.6).
Windows ƏS bütün məlumatları siləcəyini xəbərdar edir. Davam etmək üçün tamam (ok) vurun və formatlama prosesinin başa çatmasını gözləyin.
Proses yerinə yetirildikdən sonra Windows sizə bir mesaj göstərəcək: "formatlanma tamamlandı." Bu zaman tamam (ok) düyməsini vurun. Bununla da formatlama prosesi bitmişdir.