Windows ƏS-nin parametrlərinin tətbiq olunması və əməliyyat sisteminin yüklənməsini gözləyin.
Bununla da Windows 7-nin quraşdırılması tamamlanır. Növbəti vacib addım isə Windows ƏS-nin sürücülərinin quraşdırılmasıdır (Şəkil 2.10).
2.2. Avadanlığın texniki hissələrinin tam çalışması üçün müvafiq “sürücü” proqramları (driver) yükləyirSürücü proqramlarının (driver) yüklənməsi
Sürücü proqramları (driver) kompüteri təşkil edən və ona qoşulmuş qurğuları/ cihazları/ avadanlıqları (hardware) idarə edən/düzgün işləməsini təmin edən proqramdır. Printer, Scaner, Monitor, Videokart, şəbəkə kartı və s. avadanlıqları kompüterə qoşduqdan sonra normal işləməsi üçün onları dərhal kompüterə tanıtmaq lazımdır. Əgər hər hansı avadanlıq üçün drayver yazılmayıbsa və ya drayver yanlış şəkildə yazılıbsa, ya da yazılmış drayverdə problem varsa, həmin avadanlıq ya ümumiyyətlə, işləməyəcək, ya da işləməsində müxtəlif problemlər yaranacaq. Yükləyəcəyimiz drayver əməliyyat sistemimizə və cihaza uyğun gəlməlidir.
Məsələn: