Şəbəkədə göstərilən ad ola bilər ki, kataloqda (qovluqda) istifadə olunan qurğunun adı ilə uyğun gəlməsin. Amma onun təyinatı və məzmunu göstərilməlidir. Şəbəkədə qeyd olunan sintaksis adlardakı simvolların sayı şəbəkə simvollarının köməyi ilə təyin edilir.
Kompüter şəbəkələrini çoxtəbəqəli model kimi təsvir etmək olar. Bu modelin tərkibinə aşağıda qeyd olunan proqram və aparat komponentləri daxildir:
I. t ə b ə q ə - fərdi kompüterin standart yığımları – bura əsasən, təyin edilmiş standart aparat yığımları və proqram təminatı daxildir. Standart yığıma fərdi kompüterdə həll ediləcək müxtəlif məsələlər üçün zəruri olan vasitələr kompleksi daxildir. Məsələn, XXX firması tərəfindən yaradılan müxtəlif əməliyyat sistemləri və həmin əməliyyat sistemləri ilə optimal işləyə bilən tətbiqi proqram paketləri, eləcə də digər proqram məmulatları standart yığıma daxildir.
II. t ə b ə q ə - kommunikasiya qurğuları – bu təbəqəyə kabellər, təkrarlayıcılar, körpülər, marşrutlaşdırıcılar, kommutatorlar və s. daxildir. Bu təbəqədə mürəkkəb kommunikasiya qurğuları və istifadə edilən başqa qurğular administrator tərəfindən optimal təşkil edilir. Kommunikasiya qurğularının iş prinsipi mikroprosessorlar sistemi ilə siqnalların ötürülməsi və lokal və qlobal şəbəkələrdə şəbəkə protokollarının tətbiqinə əsaslandırılır.
'III. t ə b ə q ə - əməliyyat sistemi - kompüter şəbəkəsinin fəaliyyətinin səmərəli təşkil edilməsi şəbəkədə istifadə edilən əməliyyat sistemi və şəbəkə resurslarının səmərəli istifadəsi ilə təmin edilir. Lokal şəbəkədə (serverdə) istismar edilən əməliyyat sisteminin fərdi kompüterdə istifadə edilən əməliyyat sistemindən əsas fərqi şəbəkədəki müştərilərin sayı və şəbəkənin genişləndirilməsi ilə əlaqədar istifadə edilən proqram təminatları və əməliyyat resurslarının mövcud olmasından ibarətdir. Təcrübədə müştəri ilə əlaqədar tətbiq edilən əməliyyat sistemlərindən əksər hallarda FK işini təşkil etmək üçün istifadə edilir. Belə kömpüterlər çox vaxt işçi stansiya adlandırılır. Bir ranqlı şəbəkələrdə şəbəkəyə daxil olan hər bir işçi stansiya fayl serverin bir neçə funksiyasını yerinə yetirə bilir.
IV. t ə b ə q ə - şəbəkə əlavələri – buraya, əsasən, verilənlər bazası, poçt sistemləri, verilənlərin arxivləşdirilməsi üçün vasitələr, resurslardan avtomatlaşdırılmış kollektiv istifadəni