Aydınlıq
KŞ-nin aydınlığı istifadəçinin şəbəkə haqqında bildiyi xarakteristikalarla müəyyən edilir. İstifadəçi belə xarakteristikaları dəqiq anlamalı və onları qiymətləndirməyi bacarmalıdır. Şəbəkənin aydınlığı və ya gizliliyi gözlə görünən deyil. Bu işin mahiyyəti axırıncı istifadəçidən asılıdır. İstifadəçi öz FK-nin resurslarına müraciət edə bildiyi kimi, şəbəkənin həmin istifadəçi üçün icazə verilən (rüsxətli) resurslarına da müraciət etməyi bacarmalıdır. Şəbəkə resursları ilə şəbəkə istifadəçiləri arasında əlaqə, adətən, şəbəkə əməliyyat sistemi (ŞƏS) ilə təmin edilir. Kompüter şəbəkələrində şəbəkə əməliyyat sistemlərinin müxtəlif versiyalarından istifadə edilir. Şəbəkə əməliyyat sistemləri isə şəbəkənin bütün resurslarına müraciət etməyə imkan yaratmalıdır.
Bu məsələ ilə əlaqədar digər amillərdən biri şəbəkənin qurğuları (məsələn, çap qurğusu) ilə paralel işin təşkil edilməsidir. Şəbəkə xidmətindən istifadə ilə əlaqədar işin bu formada təşkili əvvəlcədən hüquqi şəxslər tərəfindən razılaşdırılır.
Dəqiqlik
Şəbəkələr informasiya sistemləri ilə əlaqədar olduğu üçün şəbəkələrdə dəqiqlik amili mütləq nəzərə alınmalıdır. Çünki informasiyanı xarakterizə edən əsas göstəricilərdən biri dəqiqlik götəricisidir. Əgər şəbəkələrdə hər hansı bir məsələnin həlli zamanı həmin məsələnin həll edilməsi üçün zəruri olan informasiya vaxtında və düzgün çatdırılmazsa, həmin məsələnin həlli mümkün olmayacaq. Belə ki, emal prosesinin konveyer üsulu ilə həyata keçirildiyi müəssisələrdə zəruri informasiyaların vaxtında və düzgün çatdırılmaması məsələnin vaxtında həll edilə bilməməsindən başqa, istehsal prosesinin özünə də böyük ziyanc vura bilər.
Kompüter şəbəkəsi çox mürəkkəb və baha başa gələn sistemdir. Kompüter şəbəkəsi, həmçinin, çoxsaylı istifadəçilər üçün çox vacib və məsuliyyətli məsələləri həll edən sistem kimi tanınır. Ona görə də şəbəkənin həm yüksək sürətlə, həm də yüksək keyfiyyətlə işləməsi olduqca vacibdir. Əgər istifadəçidən şəbəkənin necə işləməli olduğu və hansı keyfiyyətlərə malik olduğunu soruşsan, bəlkə də, sonsuz sayda müxtəlif cavablar almaq olar. Lakin bu sorğuya verilən cavablar arasında, yəqin ki, aşağıda qeyd edilənlər daha çox olar: