OSI modelində nəqliyyat səviyyəsi verilənlərin göndərəndən qəbul edəcəyi etibarlı ötürülməsinin təmin edilməsi üçün nəzərdə tutulmuşdur. Etibarlılıq səviyyəsinin özü böyük hüdudlarda variasiya edə bilir. Nəqliyyat səviyyəsinə aid olan protokolların bir çox sinfi təkcə əsas nəqliyyat funksiyalarını yerinə yetirir. Belə protokollar göndərilən verilənlərin ünvana çatmasını təsdiq etmir. Elə protokollar da vardır ki, onlar verilənlər paketlərinin bir neçəsinin müəyyən olunmuş ardıcıllıqla təyinat məntəqəsinə çatdırılması və verilənlər axınlarının idarə edilməsini təmin edir və qəbul edilən verilənlərin etibarlılığına təminat verir. Belə ki, UDP protokolu bir deytaqram çərçivəsində verilənlərin tamlığına nəzarəti həyata keçirir və paketlərin, bütövlükdə, itməsi və ya təkrarlanması, eləcə də paketlərin alınma qaydasının pozulmasını istisna etmir. TCP protokolu verilənlərin fasiləsiz və etibarlı ötürülməsini təmin edir, verilənlərin itməsi və onların təkrar göndərilməsi və daxilolma (çatdırılma) ardıcıllığının pozulmasını istisna edir, irihəcmli verilənlər porsiyalarını fraqmentlərə bölür və ayrı-ayrı fraqmentləri bir paketdə birləşdirə bilir.
Seans səviyyəsi – OSİ modelində seans səviyyəsi seans əlaqələrinin təmin edilməsini himayə edir və müxtəlif əlavələr (proqramlar) arasında uzunmüddətli qarşılıqlı əlaqələrin yaradılmasına imkan verir. Bu səviyyə seansın yaradılması və başa çatdırılması, informasiya mübadiləsi, məsələlərin sinxronlaşdırılması, verilənlərin ötürülməsi hüququnun müəyyən edilməsi və əlavələr aktiv olmayan müddətdə seansın himayə edilməsini idarə edir.
Seans səviyyəsi – daha yüksək səviyyədə olan obyektlər arasında əlaqə seans yaradır. Rabitə seansı təşkil edildikdən sonra digər obyektə daxil olmaq üçün obyektlərin səlahiyyəti yoxlanılır. Bu səviyyə də nəqliyyat səviyyəsi kimi bir neçə xidmət sinfinə aiddir.
Təqdimat səviyyəsi protokolların dəyişdirilməsi (çevrilməsi), verilənlərin kodlaşdırılması və dekodlaşdırılmasını təmin edir. Tətbiq səviyyəsindən alınan sorğular təqdimat səviyyəsində səbəkə üzrə ötürmə üçün zəruri olan format, şəbəkədən alınan verilənlər isə əlavələrin (uyğun proqramların) formatına çevrilir. OSİ modelinin təqdimat səviyyəsində verilənlərin sıxılması, sıxılmadan azad edilməsi, kodlaşdırılması və dekodlaşdırılması, həmçinin, lokal işlənməsi mümkün olmayan sorğuların digər şəbəkə resurslarına yönəldilməsi həyata keçirilir.
Təqdimatlar səviyyəsi – adətən, qonşu səviyyələrdən informasiyanı çevirmək üçün zəruri olan aralıq protokollar təqdim edir. Bu fərqli kompüter sistemlərində əlavələr arasında onlar üçün şəffaf olan mübadiləni həyata keçirməyə imkan verir. Təqdimatlar səviyyəsi kodun formatlaşdırılması və çevrilməsini təmin edir. Kodun formatlaşdırılmasından əlavələrə emal üçün daxil olunan informasiyanın həmin əlavələr üçün mənasının olmasına təminat verməkdən ötrü istifadə edilir. Bu səviyyə zəruri olan hallarda verilənləri bir formatdan digər formata çevirə bilir. Təqdimatlar səviyyəsi proqramlarda istifadə edilən verilənlərin formatlarından başqa həm də verilənlərin strukturu ilə də məşğul olur. Beləliklə, aydın olur ki, OSI modelində altıncı səviyyə olan təqdimatlar səviyyəsi verilənlərin ötürülməsi zamanı onların təşkil edilməsini də təmin edir.
Bu məsələni daha ətraflı izah etmək üçün aşağıdakı məsələni nəzərdən keçirək. Tutaq ki, iki sistem mövcuddur. Verilənlərin təqdim edilməsi üçün bunlardan birincisi, deyək ki, İBM