MAC - şəbəkə adapter ünvanı olub mikrosxemın daxili yaddaşında şəbəkə platasında yerləşdirilir (tikilir).
Sorğuya görə paket şəbəkənin bütün kompüterlərinə ünvanı tapmaq üçün paylanacaq. Ünvanın axtarılması vaxtı təsadüfən bir interfeys sıradan çıxarsa, bu barədə geniş miqyasda dövr edən kadr hər dəfə ünvanı tapmaq üçün ona müraciətlər edəcəkdir. Belə halda bu müraciətlərə çox vaxt sərf edilir. Bu da şəbəkənin məhsuldarlığını aşağı salır. Belə halda problemin səmərəli həll variantlarından biri kimi işçi personalların kompüterlərini bir və ya bir neçə virtual şəbəkəyə ayırmaq təklif edilə bilər. Virtual şəbəkələrə ayırma işinin müəssisədəki mütəxəssislərin məşğul olduqları funksional struktur bölmələr üzrə təşkil edilməsi daha səmərəli olardı.
Təcrübə belə deməyə əsas verir ki, istismar edilən şəbəkələrin əksəriyyətində trafiklər seqmentlər üzrə təşkil edilir və onlar kommutatorla marşrutlaşdırılaraq ötürülür. Virtual şəbəkələrdə verilənlər kadrı virtual lokal şəbəkələr arasında geniş miqyasda marşrutlaşdırılır. Şəbəkə texnologiyasında virtual kanal əsasında lokal şəbəkələrdə şəbəkə düyün nöqtələri arasında etibarlı paket mübadiləsi təşkil etmək mümkün olur. Belə olduğu halda iki şəbəkə düyünü arasında bir neçə virtual şəbəkə təşkil edilə bilər.
Məsələn, həqiqi vaxt rejimində informasiya axını üçün bir virtual kanal, elektron poçtla trafiklərin ötürülməsi üçün isə başqa bir kanal göstərmək olar. Qeyd olunanları nəzərə alsaq, virtual şəbəkə lokal şəbəkə daxilində çox yığcam, etibarlı və böyük imkanlara malik şəbəkə hesab olunur.
Virtual şəbəkə texnologiyasında serverə bir neçə virtual şəbəkə daxil edilə bilər. Belə halda trafiklər marşrutlaşdırıcılar və magistrallara verilmir. Çünki belə hal magistralın yükü və ötürülmə vaxtını azaldır.
Bir çox lokal şəbəkədə axırıncı düyün nöqtələrində bir işçi yeri yerləşdirilir. Belə yerləşdirmə, əsasən, bir bina (otaq) və yaxud da müəssisənin hər hansı sahəsində yerinə yetirilir. Belə hallarda adminstrator şəbəkə strukturunu dəyişdirməli olur. Əgər axırıncı düyün nöqtəsi virtual şəbəkəyə məxsusdursa, həmin sahədə aparılan struktur dəyişikliyi onun yerdəyişməsinə bir o qədər xəta yetirmir.
Bir sözlə, virtual şəbəkələrin geniş yayımlı sahə üçün domen ünvanı ola bilər ki, o şəbəkələri bir nöqtədə birləşdirsin. Bu da imkan verir ki, bir porta bir komutator və yaxud da portlara müxtəlif kommutatorlar birləşdirilsin.
Əgər virtual lokal şəbəkə istifadəçinin məntiqi bazası əsasında qruplaşdırılırsa, bu halda