Qarışıq şəbəkələrin təşkilində həm birsəviyyəli şəbəkələrin üstünlükləri, həm də server əsasında yaradılan şəbəkələrin üstünlüklərindən istifadə edilir.
Ümumi halda yaradılan hər bir şəbəkədə istifadə edilən şəbəkə texnologiyasına uyğun razılaşdırılmış şəbəkə protokolları yığımından (stek protokollardan) istifadə edilir.
LKŞ-də stek protokollardan müxtəlif şəbəkə texnologiyaları, hesablama qurğuları və şəbəkə resurslarında istifadə edilir.
Lokal şəbəkələr üçün nəzərdə tutulan əsas texnologiyalar içərisində ən çox istifadə edilən nümunəvi texnologiyalardan biri Ethernet texnologiyasıdır. Baza texnologiyalara Ethernetlə bərabər Fast Ethernet, Giqabit Ethernet, 100 VG-Any LAN və başqa texnologiyalar da daxildir.
Məlumdur ki, ümumi halda şəbəkə yığımlarının müxtəlifliyi ilə əlaqədar şəbəkələrin sayı çox ola bilir.
Qeyd edilən şəbəkə texnologiyalarında çox sadə alqoritmlərin tətbiq edilməsi, ucuz texniki avadanlıqların istifadə edilməsi, eləcə də verilənlərin ötürülməsi və qəbulunun geniş miqyaslı olması onların tətbiq sahələrini daha da genişləndirmişdir.
Bu növ texnologiyalarla LKŞ-nin qurulması istifadəçilərin istəklərinin çox hissəsini təmin edir. Bundan başqa, bu texnologiyaların müxtəlifliyi onların daha çox tətbiq edilməsi və inteqrasiyasına geniş imkanlar yaratmışdır.
Bu növ şəbəkə texnologiyaları ailəsinin köməyi ilə verilənlərin ötürülməsi prosesində istənilən vaxt bir stansiya ilə (kompüterlə) informasiya mübadiləsini təşkil etmək mümkündür.
Eyni vaxtda yerinə yetirilən informasiya mübadiləsi prosesində şəbəkə düyün nöqtələri arasında ziddiyyətlər yaranır ki, bu da bəzi ədəbiyyatlarda kolliziya adlandırılır. Belə hallarda şəbəkə düyün nöqtələri arasında yaranan ziddiyyətlərdən azad olmaq üçün informasiyanın ötürülməsi saxlanılır. Ziddiyyətin aradan qaldırılmasına cəhd göstərilir.
Verilənlərin paket üsulu ilə ötürülməsini tam təmin edən və şəbəkə texnologiyalarına əsaslandırılmaqla informasiyanın qorunması və informasiya mübadiləsini şəbəkə düyün nöqtələri üzrə ünvanlara görə təşkil edən məntiqi birləşdirilmiş lokal şəbəkə Virtual Lokal Şəbəkə (VLŞ) adlandırılır.
VLŞ, adətən, şəbəkələrin müxtəlif fiziki seqmentlərində yerləşən və bir-biri ilə müəyyən prinsiplər üzrə məntiqi əlaqəli olan FK-lər, serverlər və digər şəbəkə resurslarından ibarət olur. Virtual şəbəkə texnologiyaları verilənlərin ötürülməsi üçün bölüşdürülmüş mühit şəbəkələrindən verilənlərin ötürülməsi üçün paket metodunun saxlanması şərti ilə tam kommutasiya olunan şəbəkə texnologiyasına keçidi təmin edir.
Virtual Lokal Şəbəkələrin kommutatorlar və marşrutlaşdırıcılar əsasında yaradılan ənənəvi şəbəkələrdən əsas fərqi kanalların kommutasiya prinsipi ilə işləyən və genişyayımlı sənədlərin məntiqi təşkil olunması hesabına genişyayımlı trafiklərin genişləndirilməsi sahələrinin məhdudlaşdırılmasından ibarətdir.
Trafik – şəbəkələrdə ötürmələr axınıdır (rabitə xəttinin iş yüküdür). Əslində virtual lokal şəbəkə genişyayımlı trafik də daxil olmaqla trafiki kanal səviyyəsində şəbəkənin digər qovşaqlarının trafikindən tamamilə ayrılan şəbəkə qovşaqları qrupuna deyilir.
VLŞ-də yerinə yetirilən iş prosesini aydınlaşdırmaq məqsədilə aşağıdakı məsələni təhlil edək. Böyük bir şirkət özünün lokal şəbəkəsini təşkil etmişdir. Bu lokal şəbəkə bir çoxmərtəbəli binanın müxtəlif otaqlarında strukturlaşdırılmış kabellər sistemi ilə birləşdirilərək yerləşdirilmişdir. Bu binada digər təşkilatlar və firmaların da ümumi kabel sistemindən istifadə edilən öz lokal