Modem - (ing. modem (modulator/demodulator), (ru. модем) - informasiyanı kompüterdən adi telefon xətti ilə ötürməyə imkan verən rabitə qurğusudur (Şəkil1.5). Kompüter diskret rəqəmsal siqnalları (yəni “1” və “0” dəyəri) ilə işlədiyindən, telefon xətləri ilə analoq informasiya (gərginlik səviyyələrinin geniş diapazonuna malik olan siqnal) ötürüldüyündən, modemlər, mahiyətcə, rəqəm-analoq və əksinə çeviriciləri yerinə yetirir. Verilişdə modemlər kompüterin rəqəmsal siqnallarını telefon xəttinin kəsilməz daşıyıcı tezliyinə toplayır (modulyasiya edir), qəbuletmədə isə informasiyanı daşıyıcıdan “çıxarır” (demodulyasiya edir) və onu rəqəmsal formada kompüterə ötürür.
Modemlər həm kompüterin daxili, həm də xarici qurğuları sırasına daxil edilə bilər. Modemlərin aşağıdakı növləri vardır (Şəkil 1.5):
Şəbəkə kartı - şəbəkə kartı şəbəkə kompleksinə daxil olan qurğulardan biri olub xüsusi birləşdirici (razyom) qurğu vasitəsilə ana lövhə (plata) üzərində quraşdırılır (Şəkil 1.6). Birləşdirici qurğular kimi ISA (Sənaye standart arxitekturası), PCI (Xarici komponentlərin birləşdirilməsi) və bu kimi portativ kompüterlər üçün PCMCIA (Fərdi kompüterlər üçün yaddaş platası istehsalçılarının assosiasiyası) şəbəkə kartından istifadə edilir. Hal-hazırda USB interfeyslər üçün də adapterlər tətbiq olunur. Kompüterlərdə daxili şəbəkə kartlarından da istifadə edilir. İstifadə edilən hər bir şəbəkə kartının öz ünvanı olur. Daxili şəbəkə kartı mikroprosessorun daimi yaddaşına proqram vasitəsilə yazılır. Qeyd olunmuş ünvan MAC ünvan adlandırılır. Şəbəkə kartı iki qrupa bölünür: *müştəri (kliyent) üçün ayrılmış kompüterə görə; *server üçün ayrılmış kompüterə görə. Müştəri üçün ayrılmış şəbəkə kartının FK-də qismən yerinə yetirdiyi işlərdən biri yerinə yetirilən proqramlarla ötürülən və qəbul edilən məlumatların bir yerə yığılmasıdır (istifadəçi ilə informasiya mübadiləsinin təşkil edilməsidir).