Slaydların nümayişi (Показ слайдов,SLIDE SHOW,) bölməsi (Şəkil 4.9)
Bu bölmədə aşağıdakı əmrlər yerləşdirilmir.
Əvvəldən-F5 (С начала, From Beginning) əmri cari təqdimatın slaydlarını birinci slayddan başlayaraq nümayiş elətdirir.
Cari slayddan - Şhift + (С текущего слайда F5From Current Slide) əmri nümayişi seçlmiş cari slayddan başlayır.
Slaydlarin genişmiqyaslı təqdimatı (Широковещательный показ слайдов Broadcast Slide Show). Web brauzerlər vasitəsilə internet istifadəçiləri üçün slaydların genişmiqyaslı nümayişini təmin edir.
İxtiyari nümayiş (Произвольный показ Custom Slide Show). Əmr yerinə yetirildikdə yeni dialoq pəncərəsi açılır. Burada “Создать” düyməsini sıxdıqda yeni pəncərə açılır və bu pəncərədə sol tərəfdə slaydların siyahısı verilir. Buradan istədiyimiz slaydları seçməklə onların növbəlik prinsipini dəyişə bilərik. “Добавить” düyməsini sıxmaqla yeni siralama düzəldilir.
Numayişin sazlanması (Настройка демонстрации Setup Show) əmri açılmış pəncərədən yeni pəncərələr seçməklə slaydları nümayiş elətdirmək olar.
Slaydı gizlət (Скрыть слайд Hide Slide). Əmr təqdimatın cari slaydını gizlədir və slaydlarin nümayişində gizlədilmiş slaydlar əks olunmur.
Vaxtı nizamla (Настройка времени, Rehearse Timings). Hər bir slaydın nümayişinə sərf olunan vaxtı yazır və sonradan avtomatik nümayiş rejimində ondan istifadə etmək olar.
Slaydların nümayişinin yazılışı (Запись показа слайдов Record Slide Show). Slaydların nümaşini başlanğıc slaydından yazır və ya danışıqla müşayət olunan slaydlarda səsləri ləğv edir.
Danışıqla müşayəti yaz (Воспроизвести речевое сопровождение Play Narration). Təqdimatın nümayişini səslə də müşayiət etmək olar. Səsin yazılması üçün kompüterdə səs kartının və mikrofonun olmağı vacibdir. Slaydın Nümayişi (SlideShow, Показ слайдов) menyusunun Səsyazma (Record Narration, Звукозапись) əmrini yerinə yetirmək, açılan dialoq pəncərəsində səsin Mikrofonun sazlanması (Set Microphone Level, Громкость микрафона) düyməsini sıxıb səsin ucalığını dəyişdirmək olar. Məruzənin yazılması çox vaxt tələb edirsə onu ayrı bir fayl kimi yazmaq olar. Bu halda Səsin Əlaqələndirilməsi (Link Narrations In, Связать речевого соправождения с) rejimini seçmək lazımdır. Ehtiyac olarsa Baxış (Browse, Обзор) düyməsini sıxmaqla səs faylının saxlanılması üçün fərqli qovluq müəyyən etmək olar. Səs yazıldıqdan sonra Nizamlama rejimində slaydların altında işarəsi əks olunur. Səsi silmək üçün bu işarəni seçmək və Delete düyməsini sıxmaq kifayətdir.