Açmaq (Открыть Open,) - Ctrl+O. Əmr mövcud təqdimatı redaktə və ya baxış üçün informasiya daşıyıcılarından (bərk diskdən, disketdən, şəbəkədən və s.) ekrana çağırılmasını təmin edir.
Bağlamaq (Закрыть Close -) - Ctrl+F4. Əmr cari təqdimat pəncərəsini qapayır.Əgər slaydlarda dəyişikliklər olunubsa, xəbərdarlıq pəncərəsi açılır. Pəncərənin Bəli (Да Yes), Xeyr (Нет No) və İmtina (Отмена Cansel,) düymələri müvafiq olaraq bu dəyişikliklərin yaddaşda saxlanılmasını, saxlanılmamasını və pəncərənin bağlanmasından imtinanı təmin edir.
Məlumat - (Сведения İnfo -) əmri yeriə yetirildikdə yeni dialoq pəncərəsi açılır (Şəkil 4.5). Burada Разрешения, Подготовить к общему доступы, Версии əmrləri əks olunur. Bu əmrlərin köməyi ilə təqdimata müdafiə (parol) qoymaq, təqdimatın əvvəlki versiyaları ilə birgəliyini yoxlamaq, xassələrinə baxmaq və dəyişdirmək mümkündür.
Sonuncular (Последние Recent) əmri son açılmış təqdimatların adlarını, onların saxlanıldığı qovluqları, həmçinin saxlanılmadan bağlanılmış sənədlərin adlarını əks etdirir.
Yaratmaq (Создать New,) - Ctrl+N. Əmr şablon əsasında yeni təqdimat yaradır. Əmri yerinə yetirdikdə açılmış dialoq pəncərəsinin birinci yarım hissəsində olan şablon təqdimat nümunələrindən birini seçib, sağ tərəfdə yerləşən New (Создать, Yaratmaq) düyməsini sıxmaq lazımdır (Şəkil 4.6).