Microsoft PowerPoint
Microsoft PowerPoint təqdimatların yaradılması və tərtibi üçün istifadə olunan proqramdır (Şəkil 4.1).
Təqdimat - biri-birini növbə ilə əvəz edən slaydlar ardıcıllığından (elektron səhifələrdən) ibarətdir. Hər bir slayd mətn, müxtəlif qrafiklər, diaqramlar, cədvəllər, animasiya, şəkillər, video, audio fayllardan tərtib oluna bilər. Hazır təqdimatlar çap edilmiş qrafik materiallar şəklində yaxud elektron slayd-film kimi təqdim edilir.
Microsoft PowerPoint proqraminda yeni mətn effektlərinin yaradılması, fotoşəkillərinin redaktəsi, mətnin digər dillərə tərcüməsi kimi bir sıra yeniliklər mövcuddur.
Həmçinin Microsoft PowerPoint proqramının köməyi ilə bir təqdimat üzərində bir
Həmçinin Microsoft PowerPoint proqramının köməyi ilə bir təqdimat üzərində bir neçə kompüterdən kollektiv işləmək, təqdimatı internetdə online-da yerləşdirmək, brauzer və ya PowerPoint Web App vasitəsilə redaktə etmək və s. mümkündür.