Diaqramların bәzi növlәrini quran zaman (mәsәlәn, histoqramları) onların әks olunmasını vә ölçülәrini koordinat oxlarından istifadә etmәklә hәyata keçirirlәr.
Bunun üçün mausun oxunu diaqramın istәnilәn oxunun üzәrinә gәtirin vә sağ düymәni sıxın, ekrana kontekst (dinamik) menyu açılacaq. Kontekst menyudan Format axis (Формат оси-Oxu formatla) әmrini aktivlәşdirin (seçin). Excel proqramı pәncәrәsinin sağ tәrәfindә Format axis (Формат оси-Oxu formatla) paneli görünәcәk. Paneldә kateqoriya üzrә sazlama әmәliyyatını yerinә yetirmәk üçün müxtәlif idarәetmә elementlәri toplanmışdır.
Әgәr istifadәçi iş prosesindә onun zövqünә uyğun olmayan diaqram tipi ilә işlәmәli olursa, bu zaman o, hәmin diaqram tipini istәdiyi kimi dәyişә bilәr. Bunun üçün (әgәr diaqram sahәsi seçilmәmişdirsә) mausun oxunu diaqramın üzәrinә gәtirin vә sol düymәni sıxmaqla onu seçin. Sonra Desing (Коструктор-Layihәlәndirmә) qoşmasındakı Change Chart Type (Изменить тип диаграммы-Diaqramın tipini dәyşdir) düymәsini sıxmaq lazımdır. Ekrana açılmış dialoq pәncәrәsindәn müxtәlif tipә malik zövqә uyğun diaqramlar tipindәn birini seçmәk mümkündür
Excel proqramında daha bir qrup alәtlәr toplumu var ki, onlardan istifadә etmәklә sparklayn adlanan (Excel-in әski versiyalarında onlar infoәyrilәr adlanırdılar) verilәnlәrin әyanı surәtdә göstәrilmәsinә imkan yaranır. Onlar histoqramlara çox bәnzәyirlәr, amma histoqramlardan fәrqli olaraq bir hücrә daxilinә sığışırlar. Bu istifadәçi üçün çox әlverişlidir, çünki o, hücrә daxilindә olan verilәnlәrdәn hansısa birinin zamana (vaxta) görә dәyişdiyini lazım gәldikdә göstәrә bilir.