Belә hallarda Excel proqramı istifadәçinin kömәkçisidir. Proqram istifadәçiyә diaqramların yaradılması mexanizmini tәqdim edir.
Diaqramlar cәdvәllәrdәki verilәnlәrә әsaslanaraq qurulur. Diaqramlar ilә işlәmәk üçün yararlı olan alәtlәr İnsert (Вставка-Daxil et) qoşmasındakı Ghart (Диаграммы-Diaqramlar) qrupunda toplanmışdır.
Qrupda müxtәlif görkәmә malik diaqramlar cәmlәnmişdir. Әgәr istifadәçi mausun oxunu diaqram tipinin üzәrinә gәtirib sol düymәni sıxarsa, ekrana kontekst menyu açılacaq, menyudan seçilmiş tipә aid diaqramın dәqiq modifikasiyasını seçmәk mümkündür (Şəkil 3.32).
Mausun oxunu Date (Данные-Verilәnlәr) qoşmasında olan Column (Гистограмма-Histoqramlar) sahәsindәki düymәsi üzәrindәki aşağı istiqamәtlәnmiş qara rәngli üçbucağın üzәrinә gәtirin vә sol düymәni sıxın. Ekrana açılmış altmenyudakı 3-D Clustered Column (Объемная гистограмма-Hәcmli histoqram) bölmәsindәn tәklif edilәn variantlardan birini seçin.
Seçim nәticәsindә vәrәqdә diaqram yerlәşmiş düzbucaqlı sahә әmәlә gәlәcәk. Mausun oxunu düzbucaqlı sahәnin üzәrinә gәtirin vә onu Sizә lazım olan yerә sürüyün (Şəkil 3.33).