Bәzәn istifadәçi vәrәqdә ona lazım olmayan fiquru pozmaq (lәğv etmәk) istәyir. Bunun üçün fiquru seçin (onun әtrafinda çәrçivә әmәlә gәlәcәk), sonra isә [Del] düymәsini sıxın. Hәndәsi fiqur vәrәqdәn silinәcәk.
İstifadәçi hәndәsi fiqurun kәnar xәtlәrinin rәngini, rәng dolumunu, әks olunma üslubunu (fiqurun üzәrindә olan rәnglәrin ahәngini) dәyişә bilәr. Bunun üçün mausun oxunu fiqurun istәnilәn xәttinin üzәrinә gәtirin, sağ düymәni sıxın, açılmış kontekst menyudan Style (Стиль-Üslub), Fill (Заливка-Rәng dolumu) vә ya Contour (Контур-Kontur) әmrlәrini seçin (Şəkil 3.22).