Bәzәn istifadәçi verilәnә ona lazım olan (tәlәb olunan) formatı tәtbiq etmәli olur. Bunun üçün açılmış kontekst menyudan Gategory (Другие числовые форматы-Digәr rәqәm formatları) әmrini seçmәk lazımdır. Bu zaman ekrana açılmış dialoq pәncәrәsindәn Sizin tәklif etdiyiniz verilәnlәrin hәr birinin tipinә uyğun çoxlu sayda variantlar seçә bilәr
Mәsәlәn, verilәnlәrdә vergüldәn sonra olacaq işarәlәrin sayını (yәni, vergüldәn sonra әdәdәki mәrtәbәlәrin sayını) müәyyәnlәşdirә bilәrsiniz.
Excel 2013 proqramı istifadәçiyә susma prinsipinә görә vergüldәn sonra iki işarә tәqdim edir. Әgәr bu işarәlәr istifadәçini tәmin etmirsә, onda o, vergüldәn sonra gәlәn işarәlәr sayını 30-a qәdәr dәqiqliklә artıra bilәr.
Excel 2013 proqramının istifadәçiyә etdiyi kömәklik nәticәsindә o, asanlıqla (müvәffәqiyyәtlә) müxtәlif xarakterli mühәndis hesablamalarını yerinә yetirә bilәr.
Bәzәn istifadәçi vergüldәn sonra gәlәn mәrtәbәlәr sayını cәld artırmalı vә ya azaltmalı olur. Bunun üçün o, Home (Главная-Әsas)qoşmasındakı Increase Decimal (Увеличить разрядность-Onluq Artım) vә Decrease Decimal (Уменщить разрядность-Onluq Azalma) qisa yol düymәlәrindәn istifadә edә bilәr.
Bәzәn istifadәçi hücrә daxilindә olanların mәrtәbәliyini daha dәqiq müәyyәn etmәli olur. Bunun üçün mausun oxunu hücrә daxilinә gәtirib sağ düymәni sıxmalı, ekrana açılmış kontekst menyudan Format cells (Формат ячеек-Hücrәlәrin formatı) әmrini qeyd etmәlidir (aktivlәşdirmәlidir). Nәticәdә ekrana açılmış dialoq pәncәrәsindәn hücrәlәrin parametrlәrini müәyyәnlәşdirmәk olur.
Mәsәlәn, Alignment (Выравнивание-Tәnlәşdirmә) qoşmasındaki Shring to fit (Переносить по словам-Sözbәsöz köçürmә) bayraqcığını aktivlәşdirin. Bu zaman hücrәyә sığışmayan (hücrәnin eni nәzәrdә tutulur) mәtn hücrә daxilindә yeni sәtirә keçәcәk, nәticәdә hücrәnin hündürlüyü artacaq.
Bәzәn iş prosesindә istifadәçi hazırladığı cәdvәlә qrafiki materialları da әlavә etmәli olur. Mәsәlәn, Şəkil 3.19 –da göstәrilәn kimi A1 hücrәsinә diaqonal xәttini әlavә etmәk lazımdır.