Dialoq pәncәrsinin sağ tәrәfindәki sahәdә hazırlanmış cәdvәlin son variantının vәrәqdә necә görünәcәyinә baxış keçirmәk olar. Verilmiş variant çapdan sonra alınacaq görüntüyә tam uyğundur.
Hazırlanmış materialı çapa göndәrmәk üçün dialoq pәncәrәsindәki Print (Печать-Çap et) düymәsini sıxmaq kifayәtdir.
Bәzәn istifadәçinin kompüterinә bir neçә printer qoşulmuş olur. Onda istifadәçi çap olunacaq materialı hansı printerdә hәyata keçirәcәyini öncәdәn seçmәlidir.
Dialoq pәncәrsinin aşağı hissәsindә çap ilә bağlı digәr parametrlәr dә yerlәşir Mәsәlәn, istifadәçi parametrlәrdәn istifadә etmәklә çap edәcәyi vәrәqin yelәnlәrini tәnzimlәyә bilәr.
Ekrana açılmış siyahıdan istifadә etmәklә nәinki çapın sazlanmasını, hәmçinin çap edilәcәk sәhifәnin parametrlәrini dә müәyyәnlәşdirmәk mümkündür. Bunun üçün açılmış dialoq pәncәrsinin aşağı hissәsindә yerlәşәn Page Setup (Параметры страницы-Sәhifә qur) sahәsinә müraciәt etmәk olar (Şəkil 3.14).
Margins (Поля-Boşluqlar) sahәsindәn istifadә etmәklә vәrәqin (kağızın) üfqi vә ya şaquli vәziyyәtdә durma sәmtini (Portrait (Книжная-Portret) vә Landscape (Альбомная-Mәnzәrә)) tәyin etmәk mümkündür. Vәrәqin yelәnlәri: Top (Верхнее-Üst), Bottom (Нижнее- Alt), Left (Левое-Sol) vә Right (Правое-Sağ) ölçülәrini tәyin etmәklә kağızda vәrәqin kәnardan olan çıxıntısı tәyin olunur.
Vәrәqin ölçülәrini tәyin edәrkәn vәrәqdә onun tikilmәsi üçün dә mәsafә mütlәq saxlanılmalıdır.
Çap üçün lazım olan printeri dә seçmәk lazımdır, çünki, bәzәn istifadә edilәn kompüter bir neçә printerә qoşulmuş ola bilir. Әgәr Siz çap üçün bir printerdәn istifadә edirsinizsә, onda seçimә ehtiyac yoxdur.
Bәzәn hazırlanacaq materialı ikiüzlü vә yaxud da birüzlü çap etmәk tәlәb olunur. Bu Sizin seçiminizdәn asılıdır.