İstifadəçi hücrələri qrup şəkilində seçməli və əməliyyatı qrup üçün yerinə yetirməlidir.
Hücrələri qrup (dəst) şəkilində seçmək üçün mausun oxunu hücrənin yuxarı/sol küncünə gətirməli, sol düymənin sıxılmış vəziyyətində hücrələri seçib oxu seçilmiş hücrələr qrupunun sağ/aşağı küncünə gәtirmәlidir. Seçimi tamamlamaq üçün mausun sol düyməsini buraxmaq lazımdır (Şəkil 3.10). Bu zaman qrup şəkilində seçilmiş bütün hücrələr çərçivəyv alınacaqlar.
Bəzən bir neçə qrup şəkilində olan hücrələri seçmək tələb edilir. Bunun üçün öncə birinci qrupu seçməli (öndə göstərilən əməliyyatlar ardıcıllığına uyğun), sonra isə [Ctrl] düyməsinin sıxılmış vəziyyətində digər hücrələr qrupunu seçmək lazımdır.
Əgər cədvəldəki bütün hücrələri seçmək lazım gəlirsə, onda kursoru sütun və sətirin kəsişdiyi boş xanaya gətirib (sol/yuxarı tərəfdəki boş xana nəzərdə tutulur) sol düyməni sıxmaq lazımdır.
Bəzən istifadəçi bir sütunu tamamilə seçməli olur. Bunun üçün mausun oxunu seçiləcək sütunun (məsələn, A sütunu) başlanğıcına gətirib sol düyməni sıxıb buraxmaq lazımdır.
Əgər bütün sətiri seçmək tələb olunursa, onda mausun oxunu sətirin sol tərəfdən başlanğıcına gətirib sol düyməni sıxıb buraxmaq lazımdır.
İstifadəçi seçim apardığı hücrə (və ya hücrələr) üzərində eyni zamanda müxtəlif əməliyyatlar, məsələn, şriftin parametrlərinin sazlanması, tarazlaşdırma əməliyyatları, yazılmış verilənlərin müxtəlif rənglərlə rənglənməsi və s. yerinə yetirə bilər.
Bəzən bir neçə hücrəni birlәşdirmәk tələb olunur. Microsoft Excel proqramı bu əməliyyatı həyata keçirməkdə istifadəçiyə yardımçıdır. Əməliyyatı yerinə yetirən zaman istifadəçi aşağıdakı şərtə riayət etməlidir: verilən yazılmış hücrə ancaq seçim diapazonunda solda yerləşməlidir, qalan hücrələr isə boş olmalıdır.
Bir neçə hücrənin birləşdirilməsi üçün öncə onları seçmək, sonra isə Home (Главная-Әsas) qoşmasındakı Marge cells (Объединение ячеек-Hücrələri