Web-Camera - video informasiyanı (görüntüləri) kompüterə daxil edən giriş qurğusudur. Adətən, bərkidicilərin köməyi ilə kompüterlərə taxılır. Parametrlər artırıldıqca təsvirin reallığı da artır. Azaldıqca təsvirlər monitorda əks olunan zaman müəyyən gecikmələr və titrəyişlərə məruz qalacaq. Kamera videonu yadda saxlamır, sadəcə şəkilləri çəkib ötürür, yalnız yaddaşda saxlamaq üçün kameraya qoşulmuş xüsusi proqram təminatı vardır (Şəkil 1.24).
1.3. Xaricetmə qurğularını (monitor, printer, plotter, səs gücləndirici, elektron lövhə, faks-modem, proyektor və s.) təsvir edirXaricetmə qurğularından istifadə
Printer - informasiyanı kağız üzərində çap edən çıxış qurğusudur. İnformasiyanın çıxışa verilməsi üsuluna görə printerlər iki qrupa bölünür: simvollu və ya qrafiki. Simvollu printerlər sətrdəki ayrı-ayrı simvolları bütöv şəkildə çap başlığına ötürür. Qrafiki printerlərdə məlumat simvollar şəklində deyil, ayrı-ayrı nöqtələr şəklində çıxışa ötürülür (Şəkil 1.25).
Plotter - böyük həcmli mürəkkəb qrafik obyektləri dəqiqliklə və sürətlə xüsusi materiallar üzərinə çap edən çıxış qurğusudur (Şəkil 1.26).