Pəncərənin yuxarı orta hissəsində proqramın başlığı, sağ tərəfində isə pəncərəni idarə edəcək standart düymələr dəsti yerləşir.
Başlığın sol tərəfində əlavələrin nişanları, başlıqdan sağa isə qısa yol düymələri ( ) öz yerini tutur. Susma prinsipinə görə qısa yol düymələri (Shortcut Bar) bu ardıcıllıqla düzülmüşlər: Save (Сохранить-Yaddaşa yaz), Undo (Отменить действие- Geriyə), Redo (Повторить действие-Yenidən icra et) və s.
Undo (Отменить действие-Әmәliyyatı lәğv et) düymәsini sıxmaqla yerinә yetirilmiş istәnilәn әmәliyyatı lәğv etmәk mümkündür. Bәzәn bir neçә yerinә yetirilmiş әmәliyyatları lәğv etmәk lazım gәlir. Bunun üçün ğöstәrilәn düymәni ardıcıl olaraq sıxmaq kifayәtdir. Әgәr lәğv edilәcәk bütün әmrlәri görmәk lazım gәlәrsә, onda düymәnin sağ tәrәfindә aşağı istiqamәtlәnmiş qara rәngli düymә (ox) sıxılmalıdır. Açılmış siyahıdan lәğv edilәcәk istәnilәn әmәliyyatı seçib lәğv etmәk olar. Nәzәrә almaq lazımdır ki, әgәr istifadәçi siyahının orta hissәsindәn yerinә yetirilmiş әmri seçib lәğv etmәk istәyirsә, bu mümkün olmayacaq, çünki bu zaman seçilmiş әmrdәn sonra gәlәn bütün әmrlәr dә lәğv edilәcәk.
Bәzәn son lәğv edilmiş әmәliyyatı yenidәn bәrpa etmәk lazım gәlir. Bunun üçün Redo (Повторить действие).
Yenidәn icra et) düymәsini sıxmaq lazımdır. İstifadәçi istәdiyi qәdәr lәğv olunmuş әmәliyyatları düymәni sıxmaqla yenidәn bәrpa edә bilәr.
Ekranda başlıqdan sonra lent yerlәşir. Lent – üzәrindә müxtәlif idarәedici elementlәr olan qoşmalardan ibarәtdir. Lent üzәrindә qoşmalar aşağıdakı ardıcıllıqla düzülmüşlәr: File (Файл-Fayl), Home (Главная-Әsas), Insert (Вставка-Daxil et), Page Setup (Разметка страниц-Sәhifә qur), Formula (Формулы-Düsturlar), Date (Данные - Verilәnlәr),
Review (Рецензирование-Resenziya vermә) vә View (Вид-Görünüş).
İstәnilәn qoşmaya müraciәt etmәk üçün mausun oxunu onun üzәrinә gәtirib sol düymәni sıxmaq lazımdır. Susma prinsipinә görә ekranda Home (Главная-Әsas) qoşması görünür.
Qoşma üzәrindә bәzәn bir neçә düymә qrup halında toplanır. Hәmin düymәlәr haşiyәyә alınır vә onlara baxış keçirmәk üçün haşiyәnin sol tәrәfindә aşağıya istiqamәtlәnmiş düymәni sıxmaq kifayәtdir.